main-post-cover

    iOS 17 istifadəçilərin çoxdan gözlədikləri bəzi faydalı funksiyaları əldə edəcək

    Proqram Təminatı
    Əməliyyat sistemləri
    28.03.2023
    Farid Pardashunas
        Bloomberg saytının analitiki Mark Gurman hələ bir neçə müddət bundan öncə bildirmişdi ki, bu il istifadəyə veriləcək iOS 17 əməliyyyat sistemində ciddi dəyişiklərin olacağını gözləmək lazım deyil. Lakin onun verdiyi yeni məlumata əsasən iOS 17 istifadəçilərin çoxdan gözlədikləri bəzi faydalı funksiyaları əldə edəcək. Onun sözlərinə əsasən Apple şirkəti iOS 17 üzərində çalışmağa başlayan zaman o öz diqqətini yeni əməliyyat sisteminin performansının artırılmasına və iOS 16-dakı səhvlərin yeni əməliyyat sistemində baş verməsinin qarşısını almağa yönləndirmişdi.
        Lakin daha sonra şirkət iOS 17-də böyük dəyişikliklərin reallaşdırılması əvəzinə istifadəçilərin çoxdan gözlədikləri bəzi faydalı funksiyaları reallaşdırmaq qərarına gəlib. Gurman iOS 17-də hansı yeni funksiyaların istifadəyə veriləcəyini açıqlamayıb. Ola bilər ki, Apple iOS 17-də kənar tətbiq mağazalarının dəstəyini reallaşdırsın. Bu halda istifadəçilər artıq App Store platformasına bağlı olmayacaqlar. Qeyd etmək lazımdır ki, iOS 17-nin təqdimatı iyun ayında keçiriləcək WWDC 2023 konfransı çərçivəsində baş tutmalıdır.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər