Logo
    main-post-cover

    iOS 17 vasitəsilə iPhone-nu smart ekrana çevirmək mümkün olacaq

        Bloomberg saytının insayderi Mark Gurman iOS 17-də istifadəyə veriləcək yeni funksiya barəsində məlumat verib. Onun sözlərinə əsasən yeni funksiya iPhone-nu Google Nest Hub tərzində smart ekrana çevirməyə imkan verəcək. Məlumatda qeyd edilib ki, iOS 17-də olacaq bu yeni funksiya Always-on-Display imkanını əhatə edəcək. Belə ki, istifadəçi iPhone-nun blokda olduğu zaman onu üfüqi şəkildə yerləşdirsə, onun ekranında hava proqnozu, planlaşdırılmış görüşlər və bildirişlər barəsində məlumatlar smart ekran tərzində əks olunacaqlar. Bununla belə üfüqi yerləşdirilmiş smartfonda Always-on-Display standart şəkildə çalışmağa davam edəcək. Sözügedən yeni funksiyanın əsas məğzi ondadır ki, smartfon hansısa dayaq və ya stol üzərində yerləşən zaman daha faydalı imkanlar sərgiləsin.
    Bənzər xəbərlər

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...

    iOS 17 vasitəsilə iPhone-nu smart ekrana çevirmək mümkün olacaq | Technote