main-post-cover

    Microsoft 1 ildən sonra Windows 12-ni istifadəyə verməyə hazırlaşır

    Proqram Təminatı
    Əməliyyat sistemləri
    06.07.2023
    Farid Pardashunas
        Verilmiş yeni məlumata əsasən Microsoft 1 ildən sonra Windows 12-nin istifadəyə verilməsinə hazırlaşır. Yəni növbəti əməliyyat sistemi gələn ilin payız fəslində istifadəyə verilməlidir. Bununla belə Windows 12-nin geniş miqyasda yayılmasına 2025-ci ildə start verilməsi gözlənilir. Hal hazırda şirkət Windows 12 üçün bir neçə dizayn üzrə təcrübələr aparır. Məlumata əsasən aparılan təcrübələrdə yeni iş masası və “üzən” taskbar test edilir. “Üzən” taskbar dedikdə söhbət, taskbar üçün nəzərdə tutulmuş üzmə effektindən gedir. İdeyanın məğzi ondadır ki, taskbar sanki iş masasının üzərində üzəcək. Əlavə olaraq şirkət Windows 12-ni Arm prosessorlu kompüterlər üçün daha yaxşı optimizasiya edəcək.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər