
Nothing Phone (1)-də Android 13-ün qapalı beta testi üçün qeydiyyata start verilib
Əməliyyat sistemləri
01.12.2022
Emil
Dünən məum oldu ki, Nothing şirkəti özünün ilk smartfonu olan Nothing Phone (1) üçün Android 13-ün qapalı beta testinə hazırlaşır. İndi isə şirkət Nothing Phone (1) istifadəçiləri üçün qapalı testdə iştirak qeydiyyatını təqdim edib. Beləliklə qapalı beta testdə iştirak etmək üçün bu linkdən keçid edərək bəzi suallara cavab vermək, smartfonun IMEI kodunu qeyd etmək və smartfonda olan bütün məlumatların ehtiyat kopyalarını yaratmaq lazımdır. Android 13-ün beta versiyası aktiv olan kimi qeydiyyatdan keçmiş bütün Nothing Phone (1) istifadəçiləri bu barədə bildiriş əldə edəcəkər. Nothing şirkətinin CEO-su Carl Pei-n sözlərinə əsasən əməliyyat sisteminin beta versiyası bu ayın ortasında təqdim ediləcək. Stabil versiya isə gələn ilin əvvəlində istifadəyə verilməlidir. Əməliyyat sistemi yenilənməsi vasitəsilə Nothing Phone (1) Android 13-ün bütün əsas özəllliklərini əldə etməlidir.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Samsung Galaxy Watch 8, Watch 8 Classic və Watch Ultra 2025-in render fotoları təqdim edilib
