OnePlus 9 və OnePlus 9 Pro üçün Android 13 istifadəyə verilib

OnePlus 9 və OnePlus 9 Pro üçün Android 13 istifadəyə verilib

Əməliyyat sistemləri
11.11.2022 PAYLAŞIM

    OnePlus şirkəti öz smartfonları üçün yeni Android versiyalarını tez istifadəyə verən şirkətlədən biridir. Bu məsələdə Android 13 də istisna olmayıb. Belə ki, OnePlus 10 Pro smartfonu Android 13-ü əldə etmiş ilk smartfonlardan biri olmuşdu. İndi isə əməliyyat sisteminin stabil versiyası həmçinin OnePlus 9 OnePlus 9 Pro smartfonları üçün də təqdim olunub. Maraqlısı ondadır ki, Android 13 sözügedən smartfonlar üçün əməliyyat sisteminin beta testindən bir neçə gün sonra istifadəyə verildi. Bir tərəfdən əməliyyat sisteminin bu qədər sürətli şəkildə istifadəyə verilməsi sevindirici haldır. Digər tərəfdən isə əməliyyat sistemində bugların olma ehtimalı çox yüksəkdir. OnePlus 9 və OnePlus 9 Pro smartfonları üçün təqdim edilmiş əməliyyat sistemi yenilənməsinin həcmi 5 GB təşkil edir və artıq ABŞ, Avropa və Hindistandakı istifadəçilər arasında yaylır.


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Windows 10-nun bazar payı ilk dəfə 70%-dən aşağı düşüb

Statcounter servisinin bu ilin noyabr ayı üzrə təqdim etmiş olduğu statistikasına əsasən Windows 10 ..


Android 13-ü əldə edəcək Nokia smartfonlarının rəsmi siyahısı təqdim edilib..

HMD Global şirkətinə məxsus olan Nokia brendi Android 13-ü əldə edəcək smartfonlarının siyahısını tə..


Samsung Galaxy A51 5G üçün Android 13-ün stabil versiyası istifadəyə verilib..

Samsung şirkəti Galaxy A seriyasının daha bir smartfonu üçün Android 13-ün stabil versiyasını istifa..


Dözümlü gövdəyə sahib Galaxy Xcover 5 smartfonu üçün Android 13-ün stabil versiy..

Samsung şirkəti dözümlü gövdəyə sahib Galaxy Xcover 5 üçün Android 13-ün stabil versiyasını istifadə..


Apple qarışıq reallıq cihazı üçün nəzərdə tutulmuş əməliyyat sisteminin adını se..

Bir neçə ay bundan öncə məlumat ortaya çıxmışdı ki, Apple şirkəti öz ilk qarışıq reallıq (AR+VR / Mi..


MIUI 14 barəsində yeni məlumatlar və fotolar ortaya çıxıb

8 dekabr tarixində Xiaomi şirkəti Xiaomi 13 smartfon seriyasını təqdim edəcək. Onunla birlikdə həmçi..

×