Logo
    main-post-cover

    OnePlus Nord 2T üçün Android 13-ün beta testinə start verilib

    Əməliyyat sistemləri
    01.12.2022
    Emil
        OnePlus şirkəti OnePlus Nord 2T smartfonu üçün Android 13 əməliyyat sisteminin beta testinə start verib. OnePlus Nord 2T üçün start verilmiş Android 13-ün beta versiyası özündə həmçinin yeni OxygenOS 13 istifadəçi interfeysini birləşdirir. Məlumatda qeyd edilib ki, OnePlus Nord 2T üçün Android 13 Open Beta Hindistanda məhdud sayda istifadəçi arasında istifadəyə verilib. Əməliyyat sisteminin beta versiyası smartfonun digər regionlardakı istifadəçiləri üçün daha sonra təqdim ediləcək. OnePlus Nord 2T üçün Android 13-ün stabil versiyası ya bu ayın sonuna kimi ya da gələn ilin əvvəlində istifadəyə veriləcək.
    Paylaş
    Bənzər xəbərlər