Rusiya şirkətləri tərəfindən istehsal olunan smartfonlar üçün Android-in lisenziyalaşdırılması dayandırılıb

Rusiya şirkətləri tərəfindən istehsal olunan smartfonlar üçün Android-in lisenziyalaşdırılması dayandırılıb

Əməliyyat sistemləri
25.03.2022 PAYLAŞIM

    Mobile Research Group şirkətinin analitiki Eldar Murtazin öz Telegram kanalında xəbər verib ki, Google Rusiyanın yerli şirkətləri tərəfindən istehsal edilən smartfonlar üçün Android əməliyyat sistemini lisenziyalaşdırmağı dayandırıb. Heç istisna deyil ki, Google bütün Android smartfon brendlərinin Rusiyada satışlarına qadağa da qoysun. Qeyd etmək lazımdır ki, Rusiyanın bir neçə yerli şirkəti Android smartfonların istehsalı ilə məşğul olur. Android platforması özü pulsuzdur və açıq mənbə koduna sahibdir. Lakin buna baxmayaraq əgər istehsalçılar platforma daxilində Google servislərindən istifadə etmək istəyirlərsə, onlar sertifikatlaşdırma prosesindən keçməlidirlər.

    23 mart tarixindən başlayaraq isə Google Rusiyanın yerli şirkətləri üçün bu prosesi reallaşdırmağı dayandırıb. Şirkətin bu məsələ ilə bağlı bəyanatı belədir: “ABŞ-ın eksport qanunu Rusiyaya xidmətlərin, eksportun və o cümlədən ABŞ mənşəli texnologiyalar ilə proqram təminatının təqdim edilməsini qadağan edir”. Beləliklə Rusiyanın yerli şirkətləri öz Android smartfonlarında Google servislərindən istifadə imkanından məhrum olurlar. Bu proses digər ölkələrdəki smartfon istehsalçılarını əhatə etmir. Lakin heç istinsa deyil ki, Rusiyaya lisenziyalaşdırılmış Android əməliyyat sisteminə sahib istənilən smartfonun eksportu da qadağan edilsin.




DAHA ÇOX


Nothing Phone (2)-də istifadə ediləcək yeni NothingOS istifadəçi interfeysinin ö..

Nothing şirkətinin top menecerlərindən biri olan Mladen Hoyss XDA-Developers saytına müsahibəsində N..


Android 14-ün tərtibatçılar üçün 3-ü beta versiyası təqdim edilib

Google şirkəti Android 14-ün tərtibatçılar üçün nəzərdə tutulmuş 3-cü beta versiyasını təqdim edib...


Samsung-un yeni OneUI 6 istifadəçi interfeysi barəsində məlumatlar verilib

Samsung şirkəti Android 14 əsasında hazırlanmış OneUI 6 istifadəçi interfeysinin beta versiyasını is..


Intel prosessorlu köhnə Apple kompüterləri macOS Sonoma-nın bəzi imkanları dəstə..

Apple şirkətinin bütün yeni kompüterləri Apple M seriyasına daxil olan prosessorlar ilə təchiz olunu..


iOS 17 ilə iPadOS 17-ni əldə edəcək cihazların rəsmi siyahısı təqdim edilib..

iOS 17 ilə iPadOS 17-nin təqdimatından sonra Apple şirkəti bu əməliyyat sistemlərini əldə edəcək cih..


Apple watchOS 10 əməliyyat sistemi təqdim edilib

iOS 17 və iPadOS 17 ilə birlikdə Apple şirkəti öz smart saatları üçün nəzərdə tutulmuş watchOS 10-u ..

×