
Samsung şirkəti Galaxy A seriyasının daha bir smartfonu üçün OneUI 5.1 istifadəçi interfeysini istifadəyə verib. Söhbət, Galaxy A51 5G smartfonundan gedir. Məlumatda qeyd edilib ki, prqram təminatı yenilənməsi Galaxy A51 5G smartfonunun ilk öncə İtaliya, Portuqaliya, İsveçrə, Çexiya, Finlandiya, İsveç və Norveçdən olan istifadəçilər üçün təqdim edilib. Lakin yaxın zamanda OneUI 5.1 sözügedən smartfonun digər ölkələrdəki istifadəçiləri üçün də aktiv olacaq. OneUI 5.1 ilə yanaşı Galaxy A51 5G həmçinin Google şirkətinin fevral ayı üçün nəzərdə tutulmuş təhlükəsizlik yenilənməsini də əldə edib.
Şərh yoxdur