
Samsung Galaxy A73 smartfonu Android 13-ün stabil versiyasını əldə etməyə başlayıb
Əməliyyat sistemləri
14.11.2022
Emil
Galaxy A33 və A53 smartfonları üçün Android 13-ü istifadəyə verəndən sonra Samsung sözügedən əməliyyat sistemini həmçinin Galaxy A73 üçün də istifadəyə verdi. Özündə yeni OneUI 5.0 istifadəçi interfeysini birləşdirən əməliyyat sistemi ilk öncə Malayziyadakı istifadəçilər üçün aktivləşib. Lakin yaxın zamanda Galaxy A73-ün digər regionlarda olan istifadəçiləri də Android 13-ü əldə edəcəklər. Qeyd etmək lazımdır ki, Galaxy A73 üçün təqdim edilmiş əməliyyat sistemi yenilənməsi özündə Android-in bu ay üçün olan təhlükəsizlik yenilənməsini birləşdirmir.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Qatlana bilən Honor Magic V5 təqdim olunub - QİYMƏTİ
