
Samsung şirkəti öz smartfonları üçün Android 13-ün stabil versiyasını istifadəyə verməyə davam edir. Bu dəfə əməliyyat sistemi yenilənməsi Galaxy F42 5G smartfonu üçün təqdim edilib. Android 13-ün stabil versiyasını Galaxy F42 5G-nin hələ ki, Hindistandakı istifadəçiləri əldə etməyə başlayıblar. Lakin yaxın zamanda əməliyyat sistemi sözügedən smartfonun digər regionlardakı istifadəçiləri üçün də təqdim ediləcək. Qeyd etmək lazımdır ki, Galaxy F42 5G Android 13 ilə yanaşı həmçinin yeni OneUI 5.0 istifadəçi interfeysini və Google şirkətinin noyabr ayı üçün nəzərdə tutulmuş təhlükəsizlik yenilənməsini əldə edib.
Şərh yoxdur