Logo
    main-post-cover

    Samsung Galaxy Note 20 smartfonları üçün Android 13-ün stabil versiyası istifadəyə verilib

    Əməliyyat sistemləri
    08.11.2022
    Emil
        Dünən məlum oldu ki, Samsung şirkəti keçən ilki Galaxy S21 smartfonları üçün Android 13-ün stabil versiyasını istifadəyə verib. İndi isə rəsmi məlumata əsasən Android 13-ün stabil versiyasını Samsung-un daha bir flaqman smartfon seriyası əldə edib. Söhbət, Galaxy Note 20 seriyasından gedir. Beləliklə verilmiş məlumata əsasən Galaxy Note 20 və Note 20 Ultra modelləri Android 13-ün stabil versiyasını əldə ediblər.
        Sözügedən smartfonlar üçün əməliyyat sistemi yenilənməsi keçən aykı təhlükəsizlik yenilənməsi ilə birlikdə təqdim edilib. İsveçrədən olan Galaxy Note 20 istifadəçiləri artıq yenilənməni əldə etməyə başlayıblar. Yaxın günlərdə Android 13-ün stabil versiyası həmçinin Avropanın digər regionlarında olan Galaxy Note 20 istifadəçiləri üçün də aktiv olacaq. Android 13 yenilənməsi ilə birlikdə Galaxy Note 20 və Note 20 Ultra smartfonları Samsung-un yeni OneUI 5 istifadəçi interfeysini əldə ediblər.
    Paylaş
    Bənzər xəbərlər