
Samsung Galaxy S20 FE üçün Android 13-ün stabil versiyası istifadəyə verilib
Əməliyyat sistemləri
21.11.2022
Emil
Samsung şirkəti öz smartfonlarını Android 13-ə kimi yeniləməyə davam edir. Bu dəfə Android 13-ün stabil versiyası Samsung Galaxy S20 FE flaqman smartfonu üçün istifadəyə verilib. Qeyd etmək lazımdır ki, ilk növbədə Android 13-ü bu smartfonun Exynos 990 prosessoru vasitəsilə çalışan versiyası əldə edib. Snapdragon prosessoru vasitəsilə çalışan Galaxy S20 FE modeli isə Android 13-ü daha sonra əldə edəcək. Sözügedən smartfon üçün təqdim edilmiş Android 13 yenilənməsi 2 GB həcmindədir və o özündə yeni OneUI 5.0 istifadəçi interfeysi ilə Google şirkətinin bu ay üçün nəzərdə tutulmuş təhlükəsizlik yenilənməsini birləşdirir.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

James Webb öz ilk ekzoplanetini kəşf edib və onun fotosunu çəkib
