main-post-cover

    Samsung Galaxy S21 smartfonları üçün OneUI 6 interfeysli Android 14 artıq test edilir

    Proqram Təminatı
    Əməliyyat sistemləri
    18.07.2023
    Emil Nəcəfov
        Bir neçə müddət bundan öncə məlumat ortaya çıxmışdı ki, Samsung şirkəti hal hazırda aktual olan Galaxy S23 smartfonları üçün Android 14-ün beta test proqramını işə salmağa hazırlaşır. Verilmiş yeni məlumata əsasən isə şirkət Android 14-ün beta test proqramını həmçinin 2021-ci ilin flaqman smartfonları üçün də hazırlayır. Söhbət, Galaxy S21, S21+ S21 Ultra smartfonlarından gedir. İnsayderlər bildiriblər ki, onlar yeni əməliyyat sisteminin Alpha versiyasını şirkətin Hindistan və Böyük Britaniyadakı serverlərində aşkar ediblər. Galaxy S21 seriyasının modelləri üçün əməliyyat sistemi müvafiq olaraq G996BXXU9FWG6, G996BOXM9FWG6 G996BXXU9FWG6 model nömrələrinə sahibdir. Məlumdur ki, şirkət sözügedən smartfonlar üçün Android 14 tərkibində OneUI 6.0 adlı yeni istifadəçi interfeysini də inteqrasiya edəcək.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər