
Samsung Galaxy S23 FE üçün Android 14 əsaslı OneUI 6.0-ın stabil versiyası istifadəyə verilib
Əməliyyat sistemləri
22.11.2023
Emil
Samsung şirkəti bir neçə müddət bundan öncə Galaxy S23 smartfonları üçün Android 14 əsaslı OneUI 6.0 istifadəçi interfeysinin stabil versiyasını istifadəyə verdi. İndi isə şirkət daha bir Galaxy S23 smartfonu üçün bunu reallaşdırıb. Söhbət, Galaxy S23 FE-dən gedir. Android 14 əsaslı OneUI 6.0-ın stabil versiyası Galaxy S23 FE-nin hələ ki, Exynos prosessoru vasitəsilə çalışan versiyasında istifadəyə verilib. Lakin istifadəçi interfeysinin stabil versiyası yaxın zamanda smartfonun Snapdragon prosessoru vasitəsilə çalışan versiyası üçün də istifadəyə veriləcək.
Paylaş
Ən çox oxunanlar

15 000-dən çox şagird Milli Hakatonun seçim mərhələsində iştirak edib.
