main-post-cover

    Windows 10-un ARM versiyasına 64 bit-lik tətbiqlərin dəstəyi əlavə olunacaq

    Proqram Təminatı
    Əməliyyat sistemləri
    01.10.2020
    Farid Pardashunas
        Windows 10-nun ARM versiyasının istifadəçilərinin ən çox qarşılaşdıqları problemlərdən biri də ənənəvi tətbiqlərin işə salınmamasıdır. Belə ki, həmin tətbiqlər yalnız 64 bit-lik versiyaya sahibdirlər. Sonunda Microsoft şirkəti əməliyyat sisteminin bu mənfi özəlliyinin aradan qaldırılacağını elan edib və bu mövzu üzrə yenilənmənin nə zaman təqdim olunacağını açıqlayıb. Bu barədə Slashgear saytı xəbər verib. Hal hazırda ARM çipinə sahib olan kompüterlər 32 bit-lik və ARM platforması üçün xüsusi olaraq hazırlanmış 64 bit-lik tətbiqləri dəstəkləyirlər.
        Bununla yanaşı həmin kompüterlər x86 tətbiqlərini də emulyasiya edə bilirlər. Microsoft-un verdiyi məlumata əsasən 64 bit-lik tətbiqlər üçün emulyasiya özəlliyi Windows 10-un insayderlər üçün olan versiyasında artıq gələn ay istifadəyə veriləcək. Bütün istifadəçilər üçün isə bu özəlliyin 2021-ci ilin ilk yarısında istifadəyə veriləcəyi gözlənilir. Bununla belə məlumatda qeyd olunub ki, bu cür emulyasiya Snapdragon 835-dən başlayaraq istənilən ARM çiplərdə istifadə oluna biləcək. 
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər