main-post-cover

    Windows 11 yenidən AMD prosessorlarını zəiflədir

    Proqram Təminatı
    Əməliyyat sistemləri
    18.10.2022
    Emil Nəcəfov
        Görünür, AMD prosessorları Microsoft-un yeni əməliyyat sistemi olan Windows 11 ilə heç cürə yola getmirlər. Keçən il eyni problem yaşanmışdı. Belə ki, keçən il AMD şirkətinin bəzi prosessorlarının performansları kompüter oyunlarında Windows 11 səbəbilə aşağı düşürdü. İndi isə məlum olub ki, Windows 11 üçün təqdim edilmiş 22H2 adlı böyük yenilənmədən sonra Ryzen 7000 seriyasının prosessorlarının performansları aşağı düşməyə başlayıb. Bu problemi CapFrameX tətbiqinin mütəxəssisləri aşkar ediblər. Yaranmış problemin məğzi ondan ibarətdir ki, 1 aktiv CCD-yə (CPU Compute Die) sahib prosessor 2 aktiv CCD-yə sahib prosessordan daha sürətlidir.
        Nəticədə elə bir hal yaranır ki, 1 aktiv CCD blokuna sahib 8 nüvəli Ryzen modeli 2 aktiv CCD blokuna sahib 16 nüvəli Ryzen modelindən daha sürətli olur. Təqdim edilmiş fotolardan görmək olar ki, "Metro Exodus" oyununda prosessorlar arasındakı fərq 20 fps-dən daha böyükdür. CapFrameX tətbiqinin mütəxəssisləri qeyd ediblər ki, bu hal yeganə deyil. Belə ki, onlar eyni problemi NVIDIA şirkətinin yeni GeForce RTX 4090 videokart seriyasında da aşkar ediblər. Güman olunur ki, yaranmış problem bir neçə müddət bundan öncə Microsoft tərəfindən Windows 11 üçün təqdim edilmiş 22H2 adlı böyük yenilənmə ilə və ya prosessorların öz drayverləri ilə bağlıdır. Qeyd etmək lazımdır ki, keçən il Windows 11 21H2 yenilənməsindən sonra AMD prosessorları ilə yaşanmış buna bənzər problemi prosessorların drayverlərini yeniləməklə aradan qaldırmaq mümkün olmuşdu.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər