
Xiaomi şirkəti Android 14-ün test versiyasını öz cihazlarında istifadəyə verəcək ilk şirkətlərdən olacaq. Verilmiş məlumata əsasən 25 aprel tarixindən başlayaraq şirkət yeni əməliyyat sistemini artıq 4 cihazında test edir. Söhbət, Xiaomi 13 ilə Xiaomi 13 Pro smartfonlarından və Xiaomi Pad 6 ilə Xiaomi Pad 6 Pro planşetlərindən gedir. Qeyd etmək lazımdır ki, Android 14-ün test edilməsi proqramı istifadəçilər üçün gələn həftə baş tutacaq Google I/O 2023 konfransı çərçivəsində aktivləşəcək.