main-post-cover

    Xiaomi HyperOS istifadəçi interfeysinin ilk screenshot fotoları ortaya çıxıb

    Əməliyyat sistemləri
    18.10.2023
    Emil Nəcəfov
         Dünən Xiaomi şirkəti HyperOS adlı yeni istifadəçi interfeysini anons etdi. İlk növbədə bunun yeni əməliyyat sistemi olacağı gözlənilsə də, əslində HyperOS Xiaomi smartfonlarında MIUI-ni əvəz edəcək yeni istifadəçi interfeysi olacaq. Anonsdan sonra internetdə HyperOS-in ilk screenshot fotoları ortaya çıxdı. Ortaya çıxmış fotolar HyperOS-in ana ekranı, ikonlarının dizaynı və digər əsas elementləri ilə tanış olmağa imkan verirlər. Təqdim edilmiş fotolarda standart tətbiqlərin və HyperOS-in ana ekranının dizaynlarını görmək olar.
         Ümumilikdə HyperOS MIUI-ni xatırladır. Lakin yeni istifadəçi interfeysində bəzi iOS elementləri də mövcuddur. Məsələn şirkət aşağı sürüşdürülən paneldə sürətli keçid menyusunu yenidən emal edib və təqvim ilə kalkulyator tətbiqlərinin dizaynlarını bir qədər dəyişib. Qeyd etmək lazımdır ki, HyperOS-in əsasında açıq mənbəli koda sahib Android dayanır. Yeni istifadəçi interfeysinin təqdimatı Xiaomi 14 smartfon seriyasının təqdimatı ilə birgə olmalıdır.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Xiaomi 14-ün göstəriciləri, dizaynı və satış qiymətləri sızdırılıb
    xiaomi-14-un-gostericileri-dizayni-ve-satis-qiymetleri-sizdirilib
    Xiaomi öz fərdi əməliyyat sisteminə sahib olacağını təsdiqləyib
    xiaomi-oz-ferdi-emeliyyat-sistemine-sahib-olacagini-tesdiqleyib
    Xiaomi Black Shark brendi altında yeni smart saatlarını təqdim etməyə hazırlaşır
    xiaomi-black-shark-brendi-altinda-yeni-smart-saatlarini-teqdim-etmeye-hazirlasir
    Xiaomi MIUI-ni MiOS ilə əvəz edəcək
    xiaomi-mIuI-ni-mios-ile-evez-edecek