main-post-cover

    Xiaomi öz fərdi əməliyyat sisteminə sahib olacağını təsdiqləyib

    Əməliyyat sistemləri
    17.10.2023
    Emil Nəcəfov
         İnternetdə artıq dəfələrlə məlumat ortaya çıxıb ki, Xiaomi şirkəti öz fərdi əməliyyat sistemi üzərində çalışır. İndi isə şirkət rəsmi şəkildə bu məlumatı təsdiqləyib. Belə ki, bu barədə məlumatı Xiaomi-nin CEO-su Lei Jun sosial şəbəkələrdə bölüşüb. Beləliklə rəsmi elana əsasən Xiaomi-nin əməliyyat sistemi HyperOS adını əldə edəcək.
         Sözügedən əməliyyat sistemi barəsində ətraflı bir məlumat yoxdur. Sadəcə olaraq məlumdur ki, şirkət onu Xiaomi 14 smartfon seriyası ilə birgə sərgiləyəcək. Xiaomi 14 smartfon seriyasının təqdimatı isə bu ayın sonuna gözlənilir. Onu da qeyd etmək lazımdır ki, HyperOS-in ilk əvvəl yalnız Çində aktiv olacağı istisna edilmir. Bu halda şirkətin smartfonlarının qlobal versiyaları MIUI interfeysli Android vasitəsilə çalışmağa davam edəcəklər.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Xiaomi Black Shark brendi altında yeni smart saatlarını təqdim etməyə hazırlaşır
    xiaomi-black-shark-brendi-altinda-yeni-smart-saatlarini-teqdim-etmeye-hazirlasir
    Xiaomi MIUI-ni MiOS ilə əvəz edəcək
    xiaomi-mIuI-ni-mios-ile-evez-edecek