
Xiaomi sentyabr ayında 6 smartfonu üçün MIUI 14 Beta-nın hazırlanmasını dayandıracaq
Əməliyyat sistemləri
22.05.2023
Emil
Xiaomi şirkəti bu ilin üçüncü rübünün sonunda (sentyabr) öz 6 smartfonu üçün MIUI 14 istifadəçi interfeysinin beta versiyalarının hazırlanmasını dayandıracaq. Siyahıda olan 6 smartfonun yarısı 2020-ci ildə satışa çıxmış flaqman smartfonlardır. Beləliklə şirkət Xiaomi Mi 11, Mi 11 Pro, Mi 11 Ultra, Redmi Note 11T Pro, Redmi Note 11T Pro+ və Redmi K40S smartfonları üçün MIUI 14 Beta-nı hazırlamağı dayandıracaq. MIUI 14 Beta-nın sözügedən smartfonlar üçün dayandırılması istifadəçi interfeysinin stabil versiyasının onlar üçün təqdim edilməyəcəyi demək deyil. Şirkət sözügedən smartfonlarda təhlükəsizlik yenilənmələrini təqdim etməyə davam edəcək.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Azercell-in eksklüziv tərəfdaşlığı ilə “Bakı Marafonu 2025” baş tutdu
