
17 yaşlı bir haker, 5 min adamın bank məlumatlarını oğurlayıb!
Təhlükəsizlik
13.09.2024
Farid
Londonda ictimai nəqliyyat sistemi olan Transport for London (TfL), yaxın günlərdə haker hücumuna məruz qalıb. TfL, 1 sentyabrda şübhəli fəaliyyət aşkarlayıb və bunu dərhal istifadəçilərə xəbər verib, lakin hadisənin miqyası 12 sentyabrda göndərilən ikinci elektron məktubla daha da aydın olub.
TfL-nin açıqlamasına görə, hücum nəticəsində təxminən 5 min istifadəçinin bank hesab nömrələri və filial kodları kimi həssas məlumatları ələ keçirilib. Bu məlumatlar, Oyster kartı (Londonda istifadə edilən ictimai nəqliyyat kartı) geri qaytarma əməliyyatları zamanı istifadə edilən məlumatlar olub. Bundan əlavə, bəzi müştərilərin adları, əlaqə məlumatları, e-poçt və ev ünvanları da hakerlər tərəfindən ələ keçirilib.

Hadisə ilə əlaqədar Oyster foto kartları və Zip kartları üçün yeni müraciətlər müvəqqəti olaraq dayandırılıb. Bəzi canlı metro gəlişi məlumatları hələ də mövcud deyil. TfL-nin texnologiya direktoru Shashi Verma, mövzu ilə bağlı verdiyi açıqlamada bu sözləri söyləyib “Ehtiyat tədbiri olaraq, bu hücumdan təsirlənən müştərilərlə mümkün qədər tez əlaqə saxlayacağıq. Biz onlara verə biləcəyimiz dəstək və görə biləcəkləri tədbirlər barədə məlumat verəcəyik". Bundan əlavə, Verma, sistemlərinə girişi daim izlədiklərini və yalnız səlahiyyətli şəxslərin daxil ola biləcəyinə əmin olduqlarını da söyləyib.
Hadisənin ən təəccüblü tərəfi isə sentyabrın 5-də baş verib. Milli Cinayət Agentliyi (NCA) kiberhücumla əlaqəsi olduğu güman edilən West Midlands ştatının Walsall şəhərində 17 yaşlı yeniyetməni həbs edib. Yeniyetmə, kompüterdən sui-istifadə qanununa əsasən cinayət məsuliyyətinə cəlb edilib və daha sonra girovla sərbəst buraxılıb. Bu hadisə, rəqəmsal təhlükəsizliyin vacibliyini bir daha nümayiş etdirmiş oldu. Mütəxəssislər, istifadəçilərə xəbərdarlıq edir ki, güclü parollardan istifadə etsinlər, şübhəli e-poçtlara diqqət etsinlər və şəxsi məlumatları paylaşarkən həmişəkindən daha diqqətli olsunlar.
Paylaş
Ən çox oxunanlar

Səudiyyə Ərəbistanının "The Line" layihəsi regiondakı iqlimi dəyişə bilər
