Intel-in çoxsaylı prosessorlarında ciddi sistem boşluğu aşkar edilib
Təhlükəsizlik
10.08.2023
Emil Nəcəfov
Google şirkətinin baş elmi əməkdaşı Daniel Moghimi-nin təqdim etmiş olduğu hesabatda Intel-in Skylake, Cooper Lake, Tiger Lake, Ice Lake və digər seriyalarının prosessorlarında olan boşluq barəsində məlumat əks olunub. Intel-in bu məşhur seriyalarının prosessorlarında olan boşluq öz növbəsində dələduzlara bu və ya digər istifadəçinin şifrələrini, ödənişlər barəsində və digər konfidensial məlumatlarını əldə etməyə imkan verir.
Intel prosessorlarında aşkar edilmiş boşluq Downfall adını əldə edib və o, prosessorların daxili hardware registrlərini əldə etməyə imkan verir. Intel mütəxəssisləri bu cür kiberhücum üsulunu Gather Data Sampling adlandırıblar. Onun sayəsində dələduzlar istifadəçinin məlumatlarını sistem administratoru səviyyəsində əldə edə bilərlər. Intel öz növbəsində bu problemdən məlumatlıdır və öz prosessorlarında onun aradan qaldırılması istiqamətində tədbirlər görür. Sözügedən problemin əhatə olunduğu Intel prosessorlarının siyahısına bu linkdən baxmaq olar. Bəzi prosessorlar üçün problemi aradan qaldıran yenilənmə artıq hazırdır və o, BIOS yenilənməsi kimi yayılır.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
Huawei nova 13 və nova 13 Pro təqdim olunub - QİYMƏTİ
14 yaşlı bir uşağın ölümündə süni intellekt günahkar görülüb!