Logo
    main-post-cover

    ABŞ Milli Təhlükəsizlik Agentliyi mobil cihazlarda kiberhücumlardan qorunmaq üçün bəzi məsləhətlər verib

    Təhlükəsizlik
    04.06.2024
    Emil
         ABŞ Milli Təhlükəsizlik Agentliyi (NSA) mobil cihazlar üçün artan təhlükələr barəsində xəbərdarlıq edib. Mobil cihazın mütəmadi olaraq söndürülməsi, Bluetooth-un lazım olmadığı zaman onun deaktiv edilməsi və yalnız etibarlı aksesuarlardan istifadə NSA tərəfindən məsləhət görülən yalnız bəzi təhlükəsizlik tədbirləridir. Smartfon və planşet kimi mobil cihazlar insanların gündəlik həyatlarının ayrılmaz hissəsinə çevriliblər. Lakin bu cihazların təklif etdikləri rahatlıq ilə birlikdə onlar həmçinin yeni kibercinayətkarlıq yollarına da qapıları açırlar. NSA öz növbəsində yeni hesabatında mobil cihazlara hədəflənmiş kiberhücumların saylarının artması təhlükəsini vurğulayıb və bu cür kiberhücumlardan qorunma üzrə bəzi məsləhətləri verib.
         NSA bildirib ki, mobil cihazlar fişinq (phishing), zərərli proqram təminatlarının quraşdırılması, trafikin əldə edilməsi və distant şəkildə idarə kimi müxtəlif kiberhücumlara həssasdırlar. Ən əsası da bu və ya digər mobil cihazın zərərli proqram təminatı ilə yoluxdurulmasına hədəflənmiş fişinq hücumlar daha böyük təhlükəni əks etdirirlər. Bu cür kiberhücumlardan qorunmaq üçün NSA həftədə bir dəfə mobil cihazı söndürüb və daha sonra yenidən yandırmağı məsləhət görür. Bu proses öz növbəsində RAM yaddaşının təmizlənməsinə imkan verir. Beləliklə hakerin konfidensial məlumatları oğurlamaq cəhdi daha da çətinləşir. Lakin cihazın söndürülüb və yenidən yandırılması 100%-lik təhlükəsizliyi təmin etmir. Buna görə də NSA aşağıdakıları etməyi məsləhət görür.
    - Əməliyyat sistemi və tətbiqlər üçün nəzərdə tutulmuş təhlükəsizlik yenilənmələrini vaxtı-vaxtında quraşdırmaq
    - Tətbiqləri yalnız rəsmi mənbələrdən yükləmək
    - Bilinməyən şəxslərdən göndərilən linklərə daxil olmamaq
    - İctimai Wi-Fi şəbəkələrindən istifadədən yayınmaq
    - Lazım olmadığı müddətcə Bluetooth-u deaktiv etmək
    - Etibarlı şifrələrdən və biometrik autentifikasiyadan istifadə etmək
    - Cihazlara yalnız etibarlı aksesuarları və şarj cihazlarını qoşmaq
    - Lazım olmadığı müddətcə istifadəçi yerinin təyini funksiyasını deaktiv etmək.
     
    Paylaş