Android istifadəçiləri öz cihazlarına il ərzində ümumilikdə 600 milyon virus yükləyiblər
Təhlükəsizlik
20.11.2023
Emil Nəcəfov
Kaspersky şirkətinin təqdim etmiş olduğu yeni hesabata əsasən Google Play-in təhlükəsizlik sistemindən zərərli tətbiqlərin yan keçmələri üçün dələduzlar tərəfindən istifadə edilən yeni üsullar sayəsində Android istifadəçiləri öz cihazlarına bu il ərzində ümumilikdə 600 milyon dəfə virus yükləyiblər. Kaspersky mütəxəssislərinin sözlərinə əsasən Google Play-dən ümumilikdə 3 milyon ədəd unikal zərərli proqram təminatı yüklənilib. Onların sırasında ən məşhuru isə iRecorder tətbiqi olub. Sözügedən tətbiq Google Play-ə ilk dəfə 2021-ci ilin sentyabr ayında əlavə edilmişdi.
11 aydan sonra isə yenilənmə vasitəsilə tətbiqə AhMyth adlı troyanın (trojan) kodu əlavə edildi. Sözügedən troyan tətbiqi hər 15 dəqiqədən bir cihazın mikrofonunu aktivləşdirməyə məcbur edirdi. Mikrofon vasitəsilə əldə edilən məlumatlar isə nəticə etibarilə iRecorder tətbiqinin yaradıcısının serverinə göndərilirdi. Bu ilin may ayında iRecorder zərərli proqram təminatı statusunu əldə etdiyi zaman tətbiq artıq 50 000 dəfə yüklənilmişdi. Kibercinayətkarlar tərəfindən istifadə edilən daha bir strategiya bir neçə Google tərtibatçı hesabının yaradılmasıdır. Beləliklə əgər Google bu və ya digər zərərli tətbiqi Google Play-dən silsə, onun analoqunu digər hesab vasitəsilə tətbiqlər mağazasına yükləmək olar.
Bu strategiyaya misal olaraq mütəxəssislər Beauty Slimming Photo Editor, Photo Effect Editor və GIF Camera Editor Pro tətbiqlərini gətiriblər. Bu tətbiqlər istifadəçilər tərəfindən ümumilikdə 620 000 dəfə yüklənilib. Nəticədə onlar istifadəçilərin cihazlarını Fleckpe adlı troyan ilə yoluxdurublar. Sözügedən troyan istifadəçilərin cihazlarında fon rejimində brauzer pəncərəsi açaraq ödənişli abunəliklərin olduqları saytlara yönləndirirmiş. Təsdiq kodlarının ələ keçirilməsindən sonra isə troyan istifadəçiləri ödənişli abunəliklərə qoşub.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Google ilk zamanlarda Google Play-in uğuruna inanmırdı
Google ilk zamanlarda Google Play-in uğuruna inanmırdı
Epic Games ilə Google arasında hal hazırda gedən məhkəmə prosesi çərçivəsində məlum olub ki, Google ilk vaxtlarda mobil platformaların uğurlu olacaqlarına inanmırdı.
Windows kompüterlər üçün nəzərdə tutulmuş yeni virus yayılır
Windows kompüterlər üçün nəzərdə tutulmuş yeni virus yayılır
İnternetdə Ghostpulse adlı yeni kompüter virusu yayılmağa başlayıb.
Android 13 bazar payına görə Android versiyaları arasında birinci yerə yüksəlib
Android 13 bazar payına görə Android versiyaları arasında birinci yerə yüksəlib
Google şirkəti Android əməliyyat sisteminin müxtəlif versiyalarının istifadəçilər arasında yeni yayılma statistikasını təqdim edib.
Android istifadəçilər ilə müqayisədə iOS istifadəçilər öz smartfonlarını tez-tez dəyişmirlər
Android istifadəçilər ilə müqayisədə iOS istifadəçilər öz smartfonlarını tez-tez dəyişmirlər
CIRP adlı analitik agentlik Android və iOS istifadəçiləri arasında smartfonların yenilənmə dövrlərinin analizlərini özündə birləşdirən yeni tədqiqatın nəticələrini təqdim edib.
Google Play Protect bundan sonra istifadəçiləri zərərli tətbiqlərdən daha yaxşı qoruyacaq
Google Play Protect bundan sonra istifadəçiləri zərərli tətbiqlərdən daha yaxşı qoruyacaq
Google şirkəti istifadəçinin smartfonunu zərərli tətbiqlərdən qorumağa imkan verən təhlükəsizlik tədbirlərini gücləndirib.
Həftənin xəbərləri
6 yaşlı uşağın 17 həkim tərəfindən çarə tapıla bilməyən xəstəliyini süni intellekt həll edib!
Kvant fizikasında inqilab: maddənin yeni aqreqat halı kəşf edilib!