Logo
    main-post-cover

    Apple, iPhone istifadəçilərini kiberhücumlara qarşı xəbərdarlıq edib!

    Təhlükəsizlik
    11.07.2024
    Farid

         Apple, 98 ölkədə milyonlarla iPhone istifadəçisinə bildiriş göndərərək onların kiber hücuma məruz qala biləcəkləri və bu mərhələdə nə etmələri lazım olduğuna dair əhəmiyyətli xəbərdarlıqlar edib.

         Keçən aprel ayında Apple, 92 fərqli ölkədəki istifadəçilərə pullu casus proqramdan təsirlənmiş ola biləcəyini bildirən bildiriş göndərmişdi. Çərşənbə günü Apple tərəfindən edilən yeni bir xəbərdarlıqda, 98 ölkədə iPhone istifadəçilərinə kiber hücumu edildiyi açıqlanıb.
         Apple-ın iPhone istifadəçilərinə göndərdiyi bildirişi təqdim edirik: “Apple, Apple ID -xxx- ilə əlaqəli iPhone-unuzu uzaqdan pozmağa cəhd edən pullu casus proqram hücumunun hədəfi olduğunuzu aşkar edib. Bu hücum, yəqin ki, kim olduğunuza və ya nə etdiyinizə görə sizi hədəfləyir. Bu tip hücumların aşkarlanmasında mütləq əminliyə nail olmaq heç vaxt mümkün olmasa da, Apple bu xəbərdarlıq barəsində yüksək etibara sahibdir – lütfən, bu bildirişi ciddiyə alın”. Əlavə olaraq, Apple, keçən ildən bu yana istifadə etdiyi dildə əhəmiyyətli dəyişiklik edərək bu hadisələri əvvəllər istifadə edilən “dövlət tərəfindən dəstəklənən” hücumlar deyil, “pullu casus proqram hücumları” kimi təsvir etməyi seçib. Bu mənada kiberhücumlara məruz qalmamaq üçün bağlı Apple-dan hər hansı bildiriş alsanız, məxfiliyinizi və iqtisadi məlumatlarınızı ehtiva edən bütün parollarınızı dəyişdirməyiniz tövsiyə olunur.
    Paylaş