Barmaq izi skanından yan keçə bilən yeni Android virus aşkar edilib
Təhlükəsizlik
26.12.2023
Emil Nəcəfov
ThreatFabric adlı şirkətin kibertəhlükəsizlik üzrə mütəxəssisləri Android cihazlar arasında Chameleon adı altında yayılan virusun daha təhlükəli versiyasını aşkar ediblər. Aşkar edilmiş yeni virus vasitəsilə hakerlər smartfon və planşetlərdəki biometrik təhlükəsizlik sistemindən yan keçə bilirlər. Məlumatda qeyd edilib ki, virus məşhur tətbiqlər kimi maskalanaraq yayılır. Əsasən o, Google Chrome brauzerinin quraşdırıcı faylı kimi maskalanır. Nəticədə diqqətli olmayan istənilən Android istifadəçisi sözügedən virusun qurbanına çevrilə bilər. Məlumata əsasən virus bu ilin əvvəlində aşkar edilmişdi və o əsasən bank və kriptovalyuta tətbiqlərinə yönəlmişdi.
Həmin vaxtdan virus hakerlər tərəfindən təkmilləşdirilib. Nəticədə virusun yeni versiyası cihazlardakı biometrik təhlükəsizlik sistemlərinin deaktiv edilməsi özəlliyini əldə edib. Sözügedən virusu özündə birləşdirən zərərli proqram təminatının cihaza quraşdırılmasından sonra istifadəçiyə HTML səhifəsi açılır və həmin səhifədə ona xüsusi imkanlar ayarının aktivləşdirilməsi təklif edilir. Bu isə öz növbəsində hakerlərə barmaq izi skanı texnologiyası da daxil olmaqla biometrik təhlükəsizlik sistemindən yan keçməyə imkan verir. Nəticədə istifadəçi cihaza daxil olmaq üçün PIN koddan istifadə edən zaman hakerlər həmin PIN kodu əldə edirlər. Bununla yanaşı hakerlər bu virus vasitəsilə digər şifrələri də əldə edə bilərlər.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Android-də iOS istifadəçilərinə yaxşı tanış olan funksiya istifadəyə veriləcək
Android-də iOS istifadəçilərinə yaxşı tanış olan funksiya istifadəyə veriləcək
İnsayderlər Android 14-ün kodunda iPhone istifadəçilərinə yaxşı tanış olan funksiyanı aşkar ediblər.
iOS-dəki xüsusi bloklama funksiyasını hələ heç kim hack edə bilməyib
iOS-dəki xüsusi bloklama funksiyasını hələ heç kim hack edə bilməyib
Apple şirkəti iOS-də reallaşdırılmış xüsusi bloklama funksiyasının çalışma nəticələri barəsində məlumat verib.
Şimali Koreyadakı hakerlər son 6 ildə 3 milyard dollar dəyərində kriptovalyuta oğurlayıblar
Şimali Koreyadakı hakerlər son 6 ildə 3 milyard dollar dəyərində kriptovalyuta oğurlayıblar
Şimali Koreya tərəfindən dəstəkləndikləri güman edilən hakerlər kriptovalyuta bazarına kiberhücumlar sayəsində son 6 il ərzində təqribi olaraq 3 milyard dollar vəsait oğurlayıblar.
Kompüter virusu aktivliyini gizlətmək üçün triqonometriyadan istifadə edir
Kompüter virusu aktivliyini gizlətmək üçün triqonometriyadan istifadə edir
Antiviruslar adətən şübhəli proqram təminatlarını izolyasiya edilmiş mühitə yerləşdirərək onların davranışlarını analiz edirlər.
Bu il istifadəçilərin ən çox istifadə etdikləri şifrələr məlum olub
Bu il istifadəçilərin ən çox istifadə etdikləri şifrələr məlum olub
Şifrələrin idarəsi həlləri ilə tanınan NordPass şirkəti istifadəçilərin 2023-cü ildə ən çox istifadə etdikləri şifrələrin reytinqini təqdim edib.
Həftənin xəbərləri
6 yaşlı uşağın 17 həkim tərəfindən çarə tapıla bilməyən xəstəliyini süni intellekt həll edib!
Kvant fizikasında inqilab: maddənin yeni aqreqat halı kəşf edilib!