Barmaq izlərinin səs vasitəsilə oğurlanması üsulu yaradılıb
Təhlükəsizlik
20.02.2024
Emil Nəcəfov
Amerikalı və çinli alimlər insanın barmaq izini təşkil edən papilyar xətlərin təsvirlərini səs analizi vasitəsilə bərpa edə bilən yeni üsulu hazırlayıblar. Hazırlanmış yeni üsul PrintListener adlanır və o, bu prosesi istifadəçi barmağının sensorlu ekran üzərində sürüşməsi zamanı yaranan səsin analizi hesabına reallaşdırır. Sistemlərin barmaq izi vasitəsilə qorunması texnologiyası günümüzdə geniş yayılıb və o, etibarlı təhlükəsizlik üsullarından biri hesab edilir. Əgər bu təhlükəsizlik sistemi hal-hazırki templə genişlənməyə davam etsə, 2032-ci ilə qədər barmaq izi vasitəsilə autentifikasiya həlləri bazarının dəyəri 100 milyard dollara yüksələcək. Bununla belə hakerlərin barmaq izlərini oğurlaya biləcəkləri ehtimalı günü-gündən artır.
Buna görə də istifadəçilərin çoxu fotolarda əl ovuclarını sərgiləməməyə çalışırlar. Məlum olub ki, bu mövzuda hakerlər barmaq izlərinin əks olunduqları fotodan deyil, barmağın sensorlu ekran üzərində sürüşdürülməsi zamanı yaranan səsdən istifadə edə bilərlər. Bu cür kiberhücumu reallaşdırmaq üçün haker ilk növbədə mikrofonu aktiv olan mobil cihaza giriş imkanını əldə etməlidir. Daha sonra isə istifadəçinin sürüşdürmə hərəkətinin tez-tez reallaşdırıldığı Discord, Skype, WeChat və FaceTime kimi tətbiqlərdən istifadə etməsi lazımdır. PrintListener adlı yeni kiberhücum növünü hazırlamış mütəxəssislər bir sıra maneələrdən keçməli olublar. Barmağın sensorlu ekran üzərində sürüşdürülməsi zamanı yaranan zəif səs problemini onlar spektral analiz üsulu ilə həll ediblər.
Bununla yanaşı onlar istifadəçinin fizioloji və davranış özəlliklərini nəzərə alıblar və statistik analizi reallaşdıraraq evristik (evristika - həqiqətin müvafiq köməkçi suallar vasitəsilə aşkar edilməsini nəzərdə tutan tədqiqat və ya təlim üsulları) axtarış alqoritmlərini hazırlayıblar. Nəticədə mütəxəssislər PrintListener səs analizi texnologiyası vasitəsilə sintetik barmaq izlərini bərpa edə biliblər. Məlumatda qeyd edilib ki, bu üsul dörd mümkün haldan birində barmaq izlərini qismən bərpa etməyə, on haldan birində isə barmaq izlərini tamamilə bərpa etməyə imkan verib.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Hakerlər kiberhücumların təkmilləşdirilməsində böyük dil modellərindən istifadə etməyə başlayıblar
Hakerlər kiberhücumların təkmilləşdirilməsində böyük dil modellərindən istifadə etməyə başlayıblar
Microsoft və OpenAI şirkətləri bildiriblər ki, müxtəlif dövlətlərin hökumətləri tərəfindən dəstəklənən haker qruplaşmaları mövcud kiberhücum üsullarının təkmilləşdirilməsində müxtəlif çat-botların əsaslarını təşkil edən böyük dil modellərindən (Large Language Model / LLM) istifadə etməyə başlayıblar.
Android cihazlar üçün olan virus 12 ədəd mobil tətbiqdə aşkar edilib
Android cihazlar üçün olan virus 12 ədəd mobil tətbiqdə aşkar edilib
Distant şəkildə Android cihazdan məlumatları ələ keçirtməyə imkan verən VajraySpy adlı troyan (trojan) 12 ədəd mobil tətbiqdə aşkar edilib.
Milyardlarla insanın müxtəlif platformalardakı hesab məlumatları sızdırılıb
Milyardlarla insanın müxtəlif platformalardakı hesab məlumatları sızdırılıb
Security Discovery şirkətinin İT mütəxəssisləri internetdə 12 TB həcmində məlumatlar bazası aşkar ediblər.
Apple və digər brendlərin qrafik çiplərində ciddi boşluq aşkar edilib
Apple və digər brendlərin qrafik çiplərində ciddi boşluq aşkar edilib
Trail of Bits şirkətinin mütəxəssisləri Apple və digər brendlərin qrafik çiplərində ciddi boşluq aşkar ediblər.
Barmaq izi skanından yan keçə bilən yeni Android virus aşkar edilib
Barmaq izi skanından yan keçə bilən yeni Android virus aşkar edilib
ThreatFabric adlı şirkətin kibertəhlükəsizlik üzrə mütəxəssisləri Android cihazlar arasında Chameleon adı altında yayılan virusun daha təhlükəli versiyasını aşkar ediblər.
Həftənin xəbərləri
6 yaşlı uşağın 17 həkim tərəfindən çarə tapıla bilməyən xəstəliyini süni intellekt həll edib!
Kvant fizikasında inqilab: maddənin yeni aqreqat halı kəşf edilib!