Logo
    main-post-cover

    Bir mesajla TikTok hesabının oğurlanması təhlükəsi ortaya çıxıb

    Təhlükəsizlik
    05.06.2024
    Emil
         Ortaya çıxmış yeni məlumata əsasən TikTok istifadəçiləri öz hesablarının oğurlanması təhlükəsi ilə qarşı-qarşıya qala bilərlər. Belə ki, şirkət daxilindəki mənbələr zərərli proqram təminatı kodunun yayıldığını xəbər veriblər. Məlumatda qeyd edilib ki, yayılan zərərli proqram təminat kodu TikTok-dakı məşhur şəxslərin və brendlərin hesablarının oğurlanmasında istifadə edilir. Lakin bu mövzuda adi istifadəçilərin hesablarının da təhlükə altında olduqları istisna edilmir. Məlumata əsasən yayılan zərərli proqram təminatı kodunun qurbanları arasında artıq Sony şirkətinin, CNN telekanalının və Paris Hilton-un rəsmi hesabları var.
        Hakerlər zərərli proqram təminatı kodunu TikTok daxilindəki özəl mesajlar üzərindən göndərirlər. Hakerlər tərəfindən göndərilən virusun əsas özəlliyi ondan ibarətdir ki, onun işə düşməsi üçün istifadəçinin sadəcə olaraq mesajı açması kifayət edir. Nəticədə istifadəçidən hər hansısa faylın yüklənməsini və ya şübhəli linkə keçid etməsini tələb etmədən sözügedən virus cihazın sisteminə daxil ola bilir. CNN telekanalının hesabının bu üsul vasitəsilə sındırılması onu TikTok-dakı səhifəsini bağlamağa məcbur edib. CNN rəsmiləri bildiriblər ki, onlar TikTok ilə birlikdə kibertəhlükəsizlik tədbirlərinin gücləndirilməsi üzərində çalışırlar. Mütəxəssislər istifadəçiləri diqqətli olmağa və bilinməyən şəxslərdən gələn mesajlara baxmamağa çağırırlar.
    Paylaş