
DeepSeek istifadəçilərin razılığı olmadan onların məlumatlarını Çinə ötürüb
Təhlükəsizlik
24.04.2025
Emil
Cənubi Koreya Məlumatların Qorunması Komissiyası bəyan edib ki, süni zəka sahəsində fəaliyyət göstərən Çin startapı DeepSeek istifadəçilərin razılığı olmadan onların şəxsi məlumatlarını və sorğularını Çinə ötürüb. Bu, həmin xidmətin tətbiqi hələ ölkədə əlçatan olduğu dövrdə baş verib. Cənubi Koreya tənzimləyici qurumunun bildirdiyinə görə, Hangzhou DeepSeek Artificial Intelligence Co Ltd istifadəçilərin şəxsi məlumatlarının Çində və ABŞ-da yerləşən bir neçə təşkilata ötürülməsi üçün razılıq əldə etməyib. Bu isə yanvar ayında istifadəyə verilmiş tətbiqin ölkədə hələ yükləmə üçün əlçatan olduğu dövrdə baş verib.

Fevral ayında qurum DeepSeek tətbiqinin Cənubi Koreya ərazisində yeni yüklənməsini dayandırıb. Səbəb isə xidmətin idarəçilərinin şəxsi məlumatların qorunması ilə bağlı bəzi qaydalara əməl etməməsidir. Qurumun açıqlamasına görə, tətbiq eyni zamanda istifadəçilərin süni zəkaya verdikləri sorğuların məzmununu, onların cihazları, şəbəkələri və tətbiqləri haqqında məlumatları Beijing Volcano Engine Technology Co. Ltd. adlı şirkətə göndərirmiş.
DeepSeek isə cavabında bildirib ki, bu məlumatların Volcano Engine-ə ötürülməsi qərarı məhsulun funksionallığını yaxşılaşdırmaq məqsədilə verilib və 10 aprel tarixindən etibarən süni zəkaya verilən sorğuların məzmunu artıq ötürülmür. Cənubi Koreya tənzimləyici qurumu DeepSeek-ə Volcano Engine-ə ötürülmüş süni zəka sorğularının məzmununun dərhal silinməsi və şəxsi məlumatların xaricə ötürülməsi üçün hüquqi əsasların yaradılması ilə bağlı göstəriş verib. Çin Xarici İşlər Nazirliyi isə bildirib ki, Çin hakimiyyəti heç vaxt şirkətlərdən qeyri-qanuni şəkildə məlumat toplamağı və saxlamağı tələb etməyib və etməyəcək.
Mənbə: Reuters
Paylaş
Bənzər xəbərlər

Təhlükəsizlik
Azərbaycanda bank kartları vəsaitlərinin oğurluğundan qorunma üçün FinCERT mərkəzi yaradılır
zərbaycanın bank sistemində maliyyə bazarları üçün FinCERT yaradılacaq. Bu barədə Minval-a Azərbaycan Banklar Assosiasiyası məlumat verib və yerli bank mühitində kibercinayətlərin artması ilə bağlı vəziyyəti şərh edib.

Təhlükəsizlik
Avropa Birliyi şifrələnmiş mesajların sındırılması üçün qanunvericilik hazırlayır
Avropa hakimiyyət orqanları istehlakçı cihazlarında və xidmətlərdə şifrələnmiş məlumatlara çıxış imkanı verəcək qanunvericilik bazası hazırlayır.

Təhlükəsizlik
NFC üzərindən bank kartı məlumatlarını oğurlayan yeni Android virus aşkarlanıb
Cleafy Threat Intelligence informasiya təhlükəsizliyi sahəsində fəaliyyət göstərən bir şirkət olaraq, Android cihaz istifadəçilərindən pul vəsaitlərinin oğurlanmasına yönəlmiş yeni zərərli kampaniyanı aşkar edib.

Təhlükəsizlik
Çinin ucuz Android smartfonlarına WhatsApp və Telegram-ı imitasiya edən viruslar quraşdırılır
Rusiyanın antivirus şirkəti Dr.Web-in analitikləri bildiriblər ki, 2024-cü ilin iyun ayından etibarən ən ucuz Çin smartfonlarını təhlil edərkən bu cihazlarda sistematik şəkildə əvvəlcədən quraşdırılmış WhatsApp və Telegram kimi maskalanmış troyan virusları aşkarlayıblar.

Təhlükəsizlik
ChatGPT təkmilləşdirilmiş spam botun yaradılmasında istifadə edilib
Kibertəhlükəsizlik sahəsində fəaliyyət göstərən SentinelOne şirkətinin tədqiqatçıları AkiraBot platforması vasitəsilə təşkil edilmiş genişmiqyaslı spam kampaniyası haqqında məlumat veriblər.
Ən çox oxunanlar

Nike isitmə sisteminə sahib ağıllı idman ayaqqabısını təqdim edib - QİYMƏTİ
