Logo
    main-post-cover

    Dünyada 40 000-dən çox videomüşahidə kamerasına daxil olmaq mümkündür

    Təhlükəsizlik
    12.06.2025
    Emil
         Kibertəhlükəsizlik sahəsində fəaliyyət göstərən Bitsight şirkəti dünya üzrə 40 000-dən çox videomüşahidə kamerası ilə bağlı ciddi məxfilik problemini aşkar edib. Şirkətin tədqiqat bölməsinin məlumatına görə, çox sayda ev kamerası real zaman rejimində görüntü ötürür və internet üzərindən tamamilə açıq şəkildə əlçatan vəziyyətdədir. Sadə dillə desək, bu kameralara heç bir autentifikasiya, şifrələmə və ya hətta sadə bir şifrə olmadan daxil olmaq mümkündür. Bitsight bu problemi ilk dəfə 2023-cü ildə qeyd etmişdi, lakin ötən müddət ərzində vəziyyət dəyişməyib. Məsələ ondadır ki, bu kameralar nə müəyyən bir bölgədə, nə də konkret bir sahədə cəmləşib.
        ABŞ-da təxminən 14 000 potensial zəif kameranın olduğu bildirilir. Siyahıda növbəti yeri 7 000 kamerayla Yaponiya tutur, daha sonra isə hər birində təxminən 2 000 zəif qurğu olan Avstriya, Çexiya və Cənubi Koreya gəlir. Qeyd etmək lazımdır ki, bu kameraların bir hissəsi bilərəkdən açıq vəziyyətdədir. Məsələn, ictimai obyektlərin yayımlanması üçün quraşdırılmış kameralar. Lakin digər hissəsi məhz ev müşahidə kameraları və ya ofis kameralarıdır və bunların açıq şəkildə hər kəsə əlçatan olması yolverilməzdir. Böyük ehtimalla, bu vəziyyətlərin əksəriyyəti sadəcə cihaz sahiblərinin səhlənkarlığı nəticəsində yaranıb və istifadəçilər sadə bir şifrə təyin etməklə problemi özləri aradan qaldıra bilərlər.
    Paylaş