
Gamerlərin məlumatlarını və kriptovalyutanı oğurlayan Webrat adlı proqram təminatı aşkar edilib
Təhlükəsizlik
27.05.2025
Emil
Solar şirkətlər qrupuna daxil olan Solar 4RAYS kibertəhlükə mərkəzinin mütəxəssisləri Webrat adlandırılan yeni zərərli proqram təminatını aşkar ediblər. Solar-ın mətbuat xidmətinin məlumatına görə, bu zərərli proqram təminatı gamerlərin məlumatlarını oğurlamaq məqsədilə istifadə olunur və oyunlara aid çit-kodlar adı altında yayılır. Məlumatda qeyd olunur ki, Webrat qurbanı masaüstü ekranı və ya veb kamera vasitəsilə izləyir, Steam, Discord və Telegram hesablarının məlumatlarını, eləcə də brauzerlərdə və kriptovalyuta portmanatlarında saxlanılan informasiyanı oğurlayır.

Bundan əlavə, bu zərərli proqram təminatı istifadəçi interfeysi vasitəsilə qurbanın kompüterinə nəzarət edə bilir, bloklayıcı proqramlar və kriptovalyutaların əldə olunması üçün istifadə olunan mayner proqramlarını yükləyə bilər. Webrat zərərli proqram təminatı Counter-Strike, Rust və Roblox kimi oyunlar üçün çit-kodlar adı altında yayılır. Kibercinayətkarlar bu zərərli proqram təminatını başqa tətbiqlər kimi maskalayır və həmçinin YouTube şərhləri vasitəsilə də yayımlayırlar.
Mütəxəssislər xəbərdarlıq edirlər ki, bu zərərli proqram təminatının qurbanı yalnız gamerlər deyil, eyni zamanda pirat proqram təminatını yükləyən şirkət əməkdaşları da ola bilərlər. Webrat ilk dəfə 2025-ci ilin əvvəlində ortaya çıxıb və mütəxəssislər onu darknetdə apardıqları araşdırma zamanı aşkar ediblər. Hazırda bu zərərli proqram təminatı qapalı kanallar vasitəsilə satışa çıxarılıb. Webrat-ın qurbanına çevrilməmək üçün istifadəçilərə antivirus proqram təminatından istifadə etmək və tətbiqləri yalnız etibarlı mənbələrdən yükləmək tövsiyə olunur.
Paylaş
Ən çox oxunanlar

Enerjinin naqilsiz şəkildə ötürülməsində yeni rekorda imza atılıb
