Logo
    main-post-cover

    Google Drive-a süni intellekt əsaslı təhlükəsizlik sistemi inteqrasiya edilib

         Google şirkəti masaüstü kompüterlər üçün bulud yaddaş xidməti olan Google Drive-da yeni ransomware-dən (şantajçı proqram təminatları) qoruma sistemini təqdim edib. Bu sistem süni intellekt əsasında işləyir və real vaxt rejimində zərərli faylların buludla sinxronizasiyasını dayandıra bilir. Sistem ənənəvi antivirus proqram təminatını tamamlamaq üçün nəzərdə tutulub və müxtəlif ransomware ştammları ilə şifrələnmiş milyonlarla fayl üzərində öyrədilmiş süni intellekt modelindən istifadə edir. Hər bir ştamm özünəməxsus xüsusiyyətlərə və hücum metodlarına sahib ola bilər.
         Google Workspace məhsul meneceri Jason James-in sözlərinə görə, yeni qoruma sisteminin əsas üstünlüyü şübhəli aktivliyi tez bir zamanda aşkar etmək və dərhal buludla qarşılıqlı əlaqəni bloklamaqla zərəri minimuma endirməkdir. Google Workspace-in korporativ müştəriləri üçün bu xüsusilə önəmlidir. Çünki alət Drive-da saxlanılan istənilən formatdakı faylları qoruyur və zərərli proqram təminatı tərəfindən zədələnmiş məlumatları asanlıqla bərpa etməyə imkan verir. Bu həll Google-un əsas antivirus texnologiyalarına cavabdeh komanda tərəfindən hazırlanıb və artıq mövcud olan zərərli proqram təminatına nəzarət vasitələri ilə - Drive, Chrome brauzeri və Gmail poçt xidməti ilə inteqrasiya edilib.
         James-in sözlərinə görə, həllin əsas dəyəri süni intellekt vasitəsilə ransomware-in davranışlarını aşkar etməklə yanaşı, istifadəçi məlumatlarını dərhal qorumaqda və “çatışmayan təhlükəsizlik yastığını” yaratmaqda özünü göstərir. Bununla belə, funksiyanın ciddi məhdudiyyətləri var. O, yalnız masaüstü kompüterlər üçün aktualdır və yalnız Google Drive ekosistemi çərçivəsində fəaliyyət göstərir, bu xidmətdən kənarda saxlanılan faylları isə qorumur. Oxşar ransomware-dən qoruma mexanizmləri artıq Microsoft OneDrive Dropbox-un bulud xidmətlərində tətbiq olunub, lakin mövcud həllərin heç biri hələ ki, bu cür təhdidə qarşı universal vasitə hesab edilmir.
    Paylaş