Hackerlər Apple AirDrop-da olan sistem boşluğu sayəsində özəl məlumatları əldə edə bilərlər

Hackerlər Apple AirDrop-da olan sistem boşluğu sayəsində özəl məlumatları əldə edə bilərlər

Kibertəhlükəsizlik
05.05.2021 PAYLAŞIM

    Hackerlər AirDrop-a qoşularaq istifadəçinin telefon nömrəsini və elektron poçt ünvanını əldə edə bilərlər. Bu barədə məlumatı Darmştadt Texniki Universitetinin (Almaniya) təhlükəsizlik mütəxəssisləri veriblər. Problemin məğzi Apple cihazları arasında fayl mübadiləsi üsulundadır. AirDrop standart olaraq telefon kitabçası və kontaktlar siyahısından istifadə edir. Mütəxəssislər qeyd ediblər ki, AirDrop telefon nömrələrinin və elektron poçt ünvanlarının müqayisəsi üçün qarşılıqlı autentifikasiya mexanizmindən istifadə edir. Hackerlər isə asanlıqla bu məlumatları əldə edə bilərlər.

    Bunun üçün macOS, iOS və ya iPadOS üzərindən ümumi AirDrop girişindən istifadə edən Apple istifadəçisinin yaxınlığında Wi-Fi dəstəkli hansısa cihazdan istifadə etmək kifayətdir. Hətta hackerin kontakt məlumatları istifadəçinin kontaktlar siyahısında olmasa da bu prosesi reallaşdırmaq mümkündür. Tədqiqatçılar qeyd ediblər ki, bu problem AirDrop vasitəsilə həm fayl göndərəni həm də faylı qəbul edəni əhatə edir. Sözügedən sistem boşluğu 2019-cu ildən mövcuddur. Apple isə onu sistem boşluğu kimi qəbul etməyib və buna görə də onu aradan qaldırmayıb. Məlumatda qeyd olunub ki, sistem boşluğu Apple şirkətinin 1.5 milyard ədəd cihazını əhatə edir. Beləliklə mütəxəssislər AirDrop-u tamamilə deaktiv etməyi məsləhət görürlər.


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Apple dələduzluq məqsədli tətbiqlər sayəsində milyonlar qazanır

Apple şirkətinin iOS əməliyyat sisteminin təhlükəsizliyi və App Store platformasındakı yüksək səviyy..


Milyonlarla istifadəçinin məlumatları bilinməyən zərərli proqram təminatı tərəfi..

Kibertəhlükəsizlik sahəsində fəaliyyət göstərən tədqiqatçılar login və şifrələrdən, cookies fayllard..


FBI saxta messencer vasitəsilə bütün dünya üzrə 800-ə yaxın cinayətkarı yaxalayı..

Aparılmış Trojan Shield adlı beynəlxalq əməliyyat çərçivəsində bütün dünya üzrə minlərlə polisin işt..


Məşhur Anonymous hacker qruplaşması Elon Musk-a müharibə elan edib (VİDEO)..

Anonymous adlı məşhur hacker qruplaşması yeni video yayımlayıb və həmin videoda SpaceX ilə Tesla şir..


Google Chrome brauzeri yeni təhlükəsizlik funksiyaları əldə edib

Google Chrome brauzerinin yeni versiyası potensial təhlükə mənbəyinə sahib fayllardan və hətta geniş..


Google Play servisləri istifadəçiləri izləməyi dayandıracaqlar

Google şirkəti kontekst reklam elanlarının göstərilməsi üçün istifadə olunan istifadəçi identifikato..

×