Logo
    main-post-cover

    Hakerlər Fransanın dövlət strukturlarına kiberhücumlar ediblər

    Təhlükəsizlik
    27.08.2024
    Emil
         Telegram-ın yaradıcısı Pavel Durov-un 24 oktyabr tarixində Fransanın hüquq-mühafizə orqanları tərəfindən Paris hava limanında saxlanılmasından sonra ölkənin bir sıra dövlət strukturlarının saytları haker qruplaşmaları tərəfindən DDoS hücuma məruz qalıblar. Məlumata əsasən DDoS hücuma Fransanın dövlət xidməti saytı, Dərmanların və Tibbi Məhsulların Təhlükəsizliyi Agentliyi, Kənd Təsərrüfatı Birliyi, Voix du Nord adlı gündəlik qəzetin saytı, pasientlərin online şəkildə həkimlərə yazılması sistemi olan Doctolib məruz qalıblar.
         Hakerlərin bu strukturlara kiberhücumları nəticəsində onlardan keçən həftənin bazar günü ərzində istifadə etmək mümkün olmayıb. Məlumatda qeyd edilib ki, Fransanın dövlət strukturlarına kiberhücumları UserSec, RipperSec, Holy LeagueCyber ​​​​Army Now adlı haker qruplaşmaları reallaşdırıblar. Bu cür kiberhücumların intensivlikləri yaxın günlərdə arta bilər. Pavel Durov-a gəldikdə isə o hələ də Fransanın hüquq-mühafizə orqanları tərəfindən saxlanılmış vəziyyətdə qalır. Yeni məlumata əsasən onun saxlanılma müddəti 28 avqust tarixinə kimi uzadılıb.
    Paylaş