İnternet arxivinin sındırılması nəticəsində 31 milyon istifadəçinin məlumatları sızdırılıb
Təhlükəsizlik
10.10.2024
Emil Nəcəfov
İnternetin bütün tarixini özündə birləşdirən archive.org adlı unikal platforma hakerlər tərəfindən kiberhücuma məruz qalıb. Nəticədə 31 milyon istifadəçinin məlumatları sızdırılıb. Sızdırılmış məlumatlar arasında istifadəçilərin elektron poçt ünvanları, adları və müxtəlif şifrələri yer alıblar. İstifadəçilər gecə saatlarında archive.org saytının ana səhifəsində belə bir bildirişlə qarşılaşıblar. “Sizə nə vaxtsa elə gəlibmi ki, Internet Archive vicdan üzərində dayanıb və daimi olaraq məlumatların fəlakətli şəkildə sızıdırılması astanasındadır? Bu elə indicə baş verdi. Sizlərdən 31 milyonunu HIBP-də görəcəyik!”. Bu bildirişin əks olunmasından sonra sayt müəyyən müddət ərzində deaktiv olub.
Daha sonra archive.org-un təsisçisi Brewster Kahle sosial şəbəkələr üzərindən xəbər verib ki, sayt DDoS hücuma məruz qalıb. Sayt öz işini bərpa etsə də, sızdırılmış məlumatlar barəsində söhbətlər səngimək bilmir. DDoS hücum öz növbəsində saytın qısa müddətlik deaktivliyinə səbəb olsa da, əsas səs-küyü məhz məlumatların sızdırılması halı yaradıb. Qeyd etmək lazımdır ki, kiberhücum çərçivəsində saytın ana səhifəsinə yerləşdirilmiş bildirişdəki HIBP hissəsi Have I Been Pwned servisinin adının qısaldılmış versiyasıdır. Bu servis istifadəçilərə konfidensial məlumatların oğurlanıb-oğurlanmadığını yoxlamağa imkan verir. Servis öz növbəsində məlumatların sızdırılması halını təsdiqləyib və bildirib ki, archive.org 1 ay bundan öncə sındırılıb. Nəticədə hakerlər 31 milyon istifadəçinin məlumatlarını oğurlayıblar.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Kibercinayətkarların 2023-cü ildə nə qədər pul ələ keçirdikləri məlum olub!
Kibercinayətkarların 2023-cü ildə nə qədər pul ələ keçirdikləri məlum olub!
Təəssüf ki, kiberdələduzlar insanların böyük zəhmətlə qazandığı pullara göz dikməyə və ağla gəlməyən üsulları sınamağa davam edirlər. Birləşmiş Millətlər tərəfindən paylaşılan son hesabat isə bu vəziyyətin ciddiliyini bir daha ortaya qoyur.
Kia avtomobillərində hətta uzaqdan telefonla da idarə oluna biləcək təhlükəsizlik zəifliyi aşkar edilib!
Kia avtomobillərində hətta uzaqdan telefonla da idarə oluna biləcək təhlükəsizlik zəifliyi aşkar edilib!
Kia modellərində çox ciddi bir təhlükəsizlik zəifliyi aşkar edilib. Bu təhlükəsizlik zəifliyi ilə hakerlərin nəqliyyat vasitələrinə uzaqdan daxil ola və idarə edə bildiyi görülüb. Lakin xoşbəxtlikdən problem qısa müddətdə həll olunub.
ChatGPT-nin yaddaşına saxta məlumatlar daxil etməklə istifadəçi məlumatlarını oğurlamaq olar
ChatGPT-nin yaddaşına saxta məlumatlar daxil etməklə istifadəçi məlumatlarını oğurlamaq olar
ChatGPT-də ciddi boşluq aşkar edilib. Hakerlər aşkar edilmiş boşluq vasitəsilə çat-botun yaddaşına zərərli sorğular sayəsində bu və ya digər istifadəçi barəsində saxta məlumatları yerləşdirə bilərlər.
OpenAI-nin sosial media hesabı sındırılaraq saxta paylaşımlar edilib!
OpenAI-nin sosial media hesabı sındırılaraq saxta paylaşımlar edilib!
Məşhur süni intellektlə işləyən ChatGPT çatbotunun yaradıcısı OpenAI-nin sosial media hesabı bu yaxınlarda sındırılıb. Hətta iş o yerə çatıb ki, şirkətin X hesabı kriptovalyuta fırıldaqçıları tərəfindən ələ keçirilib. Şirkət bu hücumu təsdiqləyib.
1.2 milyon telefona sızan kiber şəbəkə məhv edilib!
1.2 milyon telefona sızan kiber şəbəkə məhv edilib!
Latın Amerikası və Avropada keçirilən birgə əməliyyat nəticəsində yarım milyon insanın şəxsi məlumatlarını oğurlayan nəhəng fişinq şəbəkəsi yaxalanıb. “Kaerb əməliyyatı” adlı əməliyyat nəticəsində 17 nəfər həbs edilib, yüzlərlə elektron cihaz ələ keçirilib.
Həftənin xəbərləri
Süni intellekt 1.5 milyard illik təkamülün sirrini ortaya çıxarıb!
Alimlər insan beyninin nə qədər sürətli bir şəkildə düşünə bildiyini ölçüblər!