Logo
    main-post-cover

    İnternetə 10 milyarda yaxın şifrə sızdırılıb

    Təhlükəsizlik
    08.07.2024
    Emil
         Kibertəhlükəsizlik sahəsində fəaliyyət göstərən mütəxəssislər internetdə 9 948 575 739 şifrədən təşkil edilmiş məlumatlar bazasını aşkar ediblər. Məlumata əsasən bu sayda şifrəni özündə birləşdirən rockyou2024.txt adlı fayl haker forumlarından birində aşkar edilib və onun daxilindəki məlumatlar açıq mənbə şəklində yerləşirlər. Bu cür məlumatları özündə birləşdirən fayl müxtəlif istifadəçi hesablarının sındırılması istiqamətində şifrələrin yoxlanılması üsulundan istifadə edən haker və dələduzlar üçün adətən arzuolunan məqsədə çevrilir.
         Məlumata əsasən rockyou2024.txt faylı 4 iyul tarixində ObamaCare ləqəbli istifadəçi tərəfindən paylaşılıb. Mütəxəssislər bildiriblər ki, haker və dələduzlar istifadəçilərin müxtəlif online servislərdəki hesablarını oğurlamaq üçün bu fayldan istifadə edə bilərlər. Bu halda kütləvi kiberhücum hallarının şahidi olmaq olar. Onların sözlərinə əsasən sözügedən fayl son 20 il ərzində olmuş müxtəlif məlumat sızıntıları əsasında formalaşıb. Bununla belə fayla 2021-ci ildən 2024-cü ilə kimi internetə sızdırılmış 1.5 milyard şifrə daxil olub. Bununla belə mütəxəssislərin sözlərinə əsasən bu fayl sayəsində təhlükə altına təkcə müxtəlif online servislər deyil, həmçinin sənaye təchizatları, videomüşahidə kameraları və s. düşə bilərlər.
    Paylaş
    Bənzər xəbərlər
    abs-menbeleri-chatgpt-nin-kiberhucumcular-terefinden-sindirildigini-iddia-edir
    Təhlükəsizlik

    ABŞ mənbələri, ChatGPT-nin kiberhücumçular tərəfindən sındırıldığını iddia edirlər!

    Hadisədən xəbərdar olan mənbələrə görə, OpenAI, bu ilin əvvəlində böyük məlumat pozuntusuna məruz qalıb. Bildirilib ki, haker, OpenAI-nin əməkdaşlarının mesajlarına və forumlarına giriş əldə edib.
    bu-tetbiqden-istifade-eden-sexslerin-telefon-nomreleri-ogurlanmis-ola-biler
    Təhlükəsizlik

    Bu tətbiqdən istifadə edən şəxslərin telefon nömrələri oğurlanmış ola bilər!

    2 faktorlu autentifikasiya (2FA) tətbiqi Authy-nin inkişaf etdiricisi Twilio, rəsmi açıqlamasında tətbiqdən məlumatların sızdırıldığını təsdiqləyib. Authy developeri, kibercinayətkarın 33 milyon Authy istifadəçisinin telefon nömrələrini ələ keçirdiyini etiraf edib.
    konfidensialliq-ucun-risk-chatgpt-nin-macos-versiyasi-dialoqlari-ozunde-adi-metn-seklinde-saxlayir
    Təhlükəsizlik

    Konfidensiallıq üçün risk: ChatGPT-nin macOS versiyası dialoqları özündə adi mətn şəklində saxlayır

    OpenAI şirkəti bir neçə müddət bundan öncə ChatGPT tətbiqinin macOS versiyasını istifadəyə verdi. Lakin bəzi istifadəçilər sözügedən tətbiqdə konfidensiallıqla bağlı narahatlıq duyduqlarını açıqlayıblar.
    milyonlarla-iphone-tetbiqine-tesir-eden-tehlukesizlik-zeifliyi-askar-edilib
    Təhlükəsizlik

    Milyonlarla iPhone tətbiqinə təsir edən təhlükəsizlik zəifliyi aşkar edilib!

    Yeni araşdırma, böyük və populyar proqramlar da daxil olmaqla, təxminən 3 milyon iOS və macOS tətbiqinə təsir edən zəifliyi aşkar edib.
    reqemsal-deleduzlar-arasindaki-e
    Təhlükəsizlik

    Rəqəmsal dələduzlar arasındakı əsas trendlər açıqlanıb

    Məşhur Dr.Web antivirusunun tərtibatçıları bu ilin ikinci rübündə ən geniş yayılmış rəqəmsal təhlükə növləri barəsində hesabatı təqdim ediblər.