
iOS-dəki xüsusi bloklama funksiyasını hələ heç kim hack edə bilməyib
Təhlükəsizlik
11.12.2023
Emil
Apple şirkəti iOS-də reallaşdırılmış xüsusi bloklama funksiyasının çalışma nəticələri barəsində məlumat verib. Qeyd etmək lazımdır ki, söhbət, Lockdown Mode adlı funksiyadan gedir. O əsasən jurnalistlər və siyasətçilər kimi ayrı qrup insanlar üçün nəzərdə tutulub. Apple təmsilçisinin vermiş olduğu məlumata əsasən Lockdown Mode funksyasının istifadəyə verilməsindən 1 il keçməsinə baxmayaraq indiyənə kimi sözügedən funksiyanı istifadə etmiş heç bir iPhone modelini hack etmək mümkün olmayıb.
Qeyd etmək lazımdır ki, Lockdown Mode funksiyası həmçinin iPad, Mac və Apple Watch kimi cihazlarda da aktivdir. Bu funksiyanın çalışma prinsipi ondan ibarətdir ki, onun aktivləşdirilməsi zamanı Apple tətbiqləri ilə xidmətləri daha fərqli şəkildə çalışırlar. Məsələn iMessage-də ön baxış imkanı bloklanır, bilinməyən nömrələrdən FaceTime üzərindən gələn zənglər filtr olunur, fotolardan istifadəçinin yerləşdiyi yerlər barəsində məlumatlar silinir və s. kimi proseslər reallaşdırılır.
Paylaş
Ən çox oxunanlar

Samsung Galaxy Watch 8, Watch 8 Classic və Watch Ultra 2025-in render fotoları təqdim edilib
