Logo
    main-post-cover

    Peyk rabitəsi vasitəsilə məlumatlar şifrələnməmiş şəkildə ötürülürmüş

         Kaliforniya Universitetinin San-Dieqo kampusu və Merilend Universitetinin alimləri təxminən 800$ dəyərində peyk avadanlığı dəsti vasitəsilə peykləri, o cümlədən hərbi peykləri sındırıb onlardan məlumatları ələ keçirməyi öyrəniblər. Bu nisbətən asan alınmışdı - çünki belə məlumatlar çox vaxt şifrələnmir. Tədqiqatçılar avadanlığı San-Dieqonun La-Hoya rayonunda yerləşən universitet binasının damında quraşdırıb və Cənubi Kaliforniyadan çatdığı qədər geosinxron orbitdə olan peyklərin siqnallarını ələ keçirməyə başlayıblar. Onlar antenanı müxtəlif aparatlara yönəldiblər və bir neçə ay ərzində onların siqnallarını tədqiq etdikdən sonra geniş həcmdə məxfi məlumatlar toplaya biliblər.
         Mətn mesajları və telefon zənglərinin yazıları, aviaşirkət sərnişinlərinin uçuş zamanı istifadə etdikləri Wi-Fi vasitəsilə veb-sörfinq tarixçəsi, kritik infrastruktur obyektlərinin - o cümlədən elektrik stansiyalarının və dəniz neft-qaz platformalarının - iştirak etdikləri yazışmaların məlumatları, həmçinin ABŞ və Meksika hərbi və hüquq-mühafizə orqanlarının işçilərinin yazışmaları, hansı ki, şəxsi heyətin, avadanlığın və obyektlərin yerləşməsini ifşa edir. Layihə üzərində işi başladarkən alimlər bu məlumatların şifrələnmiş olacağını düşünürdülər, lakin məlum oldu ki, belə deyil. “Təhlükəsizlik üsulları belə qurulmuşdu: onlar sadəcə hesab edirdilər ki, heç kim bu peykləri yoxlayıb nə daşıdıqlarını araşdırmayacaq. Yəni heç kim bu işlə məşğul olmaz deyə düşünmüşdülər” - deyə tədqiqat qrupunun rəhbərlərindən biri bildirib.
         Məsələ aydınlaşdıqdan sonra alimlər məlumatları ifşa olunmuş bütün şirkətləri və dövlət qurumlarını xəbərdar ediblər. Onlardan bəziləri, o cümlədən T-Mobile AT&T Mexico, dərhal reaksiya verərək trafik şifrələməsini aktivləşdiriblər, lakin hələ hamısı bu addımı atmayıb. Coğrafi əhatə dairəsinin məhdud olması və yalnız bir ucuz qəbuledici ilə məlumat toplanması nəzərə alınarsa, tədqiqatçıların ələ keçirdikləri məlumatlar ötürülən ümumi trafikin çox kiçik bir hissəsini təşkil edir. Bununla belə, problemin qlobal miqyası dünyanın digər bölgələrində daha ciddi ola bilər.
    Paylaş