Süni zəka ənənəvi antivirus tətbiqlərini qeyri-effektiv edib
Təhlükəsizlik
26.12.2024
Emil
Palo Alto Networks Unit 42 şirkətinin təhlükəsizlik üzrə mütəxəssisləri aşkar ediblər ki, böyük dil modelləri zərərli JavaScript kodunun demək olar sonsuz sayda müxtəlif versiyalarını tərtib edə bilirlər. Bununla belə tərtib edilən zərərli kod elə şəkildə tərtib edilir ki, onun antivirus tətbiqləri sayəsində təyini ehtimalı olduqca aşağı səviyyədə olsun. Məlum olub ki, süni zəka antivirus tətbiqləri tərəfindən aşkar edilmədən 88% halda yan keçə bilən zərərli kodun 10 000 kopyasını tərtib edə bilir.
“Böyük dil modelləri sıfırdan zərərli proqram təminatının tərtibatında çətinlik çəksələr də, kibercinayətkarlar onları artıq mövcud olan zərərli proqram təminatının kopyasının yaradılmasında və ya maskalanmasında istifadə edə bilərlər. Bu isə öz növbəsində onların antivirus tətbiqləri vasitəsilə aşkar edilməsini qəlizləşdirir” - deyə Palo Alto Networks Unit 42 şirkəti qeyd edib. Lakin demək olmaz ki, bu məsələ diqqətsiz qalıb. Belə ki, böyük dil modellərinin tərtibatçıları onların belə məqsədlərdə istifadələrinin qarşısını almaq üçün daimi şəkildə təhlükəsizlik tədbirlərini görürlər.
Bununla belə kibercinayətkarlar da öz yerlərində durmurlar. Onlar artıq WormGPT kimi bir aləti təqdim ediblər. Bu, zərərli proqram təminatlarının hazırlanması və inandırıcı fişinq (phishing) məktubların tərtib edilməsi üçün nəzərdə tutulmuş sistemdir. Palo Alto Networks Unit 42 şirkətinin mütəxəssisləri böyük dil modelini zərərli kodun təkmilləşdiricisi rolunda istifadə ediblər. Nəticədə onlar müşahidə ediblər ki, süni zəka zərərli kodun 10 000 növünü tərtib edə bilib. Bununla belə onlardan heç biri Innocent Until Proven Guilty (IUPG) və PhishingJS kimi vasitələr tərəfindən aşkar edilməyib.
Paylaş
Bənzər xəbərlər
Süni İntellekt
OpenAI məntiq yürüdə bilən o3 və o3 mini adlı yeni süni zəka modellərini təqdim edib
OpenAI şirkəti iki yeni süni zəka modelini təqdim edib. Onlardan birincisi o3, ikincisi isə o3 mini adlanır. Bu süni zəka modellərinin əsas fərqləndirici xüsusiyyətlərindən biri də odur ki, onlar məntiq yürütmək bacarığına sahibdirlər.
Süni İntellekt
Videolarda insanları realistik şəkildə qocaldan və cavanlaşdıran süni zəka alqoritmi hazırlanıb (VİDEO)
Şimali Karolina və Merilend Universitetlərinin mütəxəssisləri MyTimeMachine adlı süni zəka alqoritmini ərsəyə gətiriblər. Bu süni zəka alqoritmi videoda hər hansısa şəxsi realistik şəkildə qocalda və ya cavanlaşdıra bilər.
Elm & Texnologiya
Süni intellekt 1.5 milyard illik təkamülün sirrini ortaya çıxarıb!
Çin Elmlər Akademiyasının Nankin Geologiya və Paleontologiya Elmi-Tədqiqat İnstitutunun rəhbərlik etdiyi beynəlxalq komanda süni zəka və böyük məlumat metodlarından istifadə edərək, kompleks həyatın 1.5 milyard illik təkamülünü yüksək dəqiqliklə ortaya çıxarıblar.
Süni İntellekt
OpenAI yaxın zamanda o3 adlı yeni süni zəka sistemini anons edə bilər
OpenAI şirkətinin CEO-su Sam Altman, X-dəki (keçmiş Twitter) hesabında maraqlı bir paylaşım edib. Öz paylaşımı ilə Altman şirkətin yeni süni zəka modelinin yaxın zamanda istifadəyə veriləcəyinə işarə etmiş ola bilər.
Süni İntellekt
Google məntiq yürüdə bilən süni intellektini təqdim edib!
Google, Gemini 2.0 Flash Thinking-i təqdim edib. Şirkət yeni modeli ilə məntiq yürütmə sahəsində yeni bir dövr başladaraq OpenAI o1-ə meydan oxuyub.
Ən çox oxunanlar