Logo
    main-post-cover

    TP-Link şirkəti ABŞ dövlət strukturlarına edilmiş kiberhücumlarda iştirakda şübhəli bilinir

    Təhlükəsizlik
    16.08.2024
    Emil
         ABŞ qanunvericiləri Çinin TP-Link şirkəti ilə bağlı araşdırmanın aparılmasını tələb ediblər. Qeyd etmək lazımdır ki, TP-Link şirkəti dünyanın ən böyük Wi-Fi router istehsalçılarından biridir. Şirkət öz növbəsində ABŞ dövlət qurumlarına və müəssisələrinə edilən kiberhücumlarda iştirak etməkdə şübhəli bilinir. ABŞ-ın Respublikaçılar partiyasının üzvü John Moolenaar Demokratlar partiyasının üzvü Raja Krishnamoorthi, Nümayəndələr Palatasının Çin üzrə Xüsusi Komitəsinə rəhbərlik edirlər. Onlar TP-Link şirkəti ilə bağlı araşdırma xahişini özündə əks etdirən məktubu ABŞ Ticarət Nazirliyinə göndəriblər.
        Göndərilmiş məktubda amerikalı konqresmenlər TP-Link sistemində mövcud boşluqları və Avropa ölkələrindən olmuş dövlətə məmurlarına istiqamətlənmiş kiberhücumlarda şirkətin routerlərindən istifadə hallarını qeyd ediblər. “Biz, nazirlikdən Çin ilə bağlı olan routerlərdən olan təhlükələrin araşdırılmasını istəyirik. Əsasən də TP-Link kimi böyük şirkətləri” - deyə məktubda qeyd edilib. Nazirlik isə öz növbəsində bildirib ki, o bu məsələni araşdıracaq və araşdırmanın nəticələrini təqdim edəcək. Çinin ABŞ-dakı səfirliyi bildirib ki, o, ABŞ hökumətinin əsassız ehtimallara və ittihamlara deyil, kiberhücumlar zamanı təyin ediləcək sübutlara əsaslanacağına ümid edir. TP-Link isə bu məsələ ilə bağlı heç bir fikir bildirməyib.
    Paylaş