Logo
    main-post-cover

    WhatsApp-da iranlı hakerlərin hesabları bloklanıb

    Təhlükəsizlik
    26.08.2024
    Emil
         Meta şirkəti rəsmi şəkildə bildirib ki, o, WhatsApp-da iranlı hakerlər tərəfindən istifadə edilmiş hesabları bloklayıb. Məlumata əsasən iranlı hakerlər WhatsApp-dakı hesabları fişinq (phishing) növlü kiberhücumların reallaşdırılmasında istifadə ediblər. Hakerlər WhatsApp-dakı hesablardan istifadə edərək özlərini AOL, Yahoo, Google Microsoft kimi məşhur şirkətlərin texniki dəstək xidmətlərinin əməkdaşları qismində qələmə veriblər. Onların fişinq növlü kiberhücumları İsrail, Fələstin, İran, ABŞ və Böyük Britaniyadakı şəxslərə istiqamətlənib.
         Bununla belə kiberhücumların qurbanları qismində həmçinin prezident kampaniyalarında iştirak edən siyasi xadimlər də seçilib. Meta şirkəti öz növbəsində bildirib ki, hakerlərin bu cəhdləri boşa çıxıb. Belə ki, şirkət uğurlu kiberhücuma dair bir sübut aşkar etməyib. Şirkət həmçinin bildirib ki, kiberhücumlar o cümlədən dövlət orqanlarına və şirkətlərinə qarşı da reallaşdırılıb. Qeyd etmək lazımdır ki, hələ bir neçə müddət bundan öncə Google şirkəti APT42 adlı haker qruplaşması tərəfindən ABŞ-ın yüksək vəzifəli şəxslərinə qarşı edilmiş uğursuz kiberhücum cəhdlərini təyin etmişdi. Siyahıda hətta Joe Biden Donald Trump kimi şəxslər də var idi.
    Paylaş