
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!
Təhlükəsizlik
18.11.2024
Aslan
WhatsApp vasitəsilə toy dəvətnamələrinin göndərilməsi geniş yayılıb. Lakin hakerlər bu vəziyyətdən faydalanaraq xüsusi dəvətnamələr vasitəsilə telefonları ələ keçirməyə başlayıblar. Tanımadığınız şəxslərdən gələn heç bir faylı açmayın!
Dəvətnamə ilə birlikdə göndərilən fayl (APK) yükləndikdə, telefonunuza zərərli bir tətbiq quraşdırılır və hakerlərə uzaqdan giriş icazəsi verilmiş olur. Bu isə o deməkdir ki, bütün şəxsi məlumatlarınız artıq təhlükədədir. Belə dəvətnamələr adətən tanımadığınız nömrələrdən göndərilir. Buna görə də ilk növbədə göndərənin kimliyini yoxlamaq vacibdir.

Zərərli məqsədlə hazırlanmış toy dəvətnamələri adətən böyük ölçülü olur və faylın yüklənməsini tələb edir. Bu, adi istifadəçilərin aldanmasını çətinləşdirir. Lakin bu gün WhatsApp ən geniş istifadə edilən ünsiyyət vasitəsidir və hər yaş qrupunda istifadə olunur.
Paylaş
Ən çox oxunanlar

Səudiyyə Ərəbistanının "The Line" layihəsi regiondakı iqlimi dəyişə bilər
