Windows kompüterlər üçün nəzərdə tutulmuş yeni virus yayılır
Təhlükəsizlik
03.11.2023
Emil Nəcəfov
İnternetdə Ghostpulse adlı yeni kompüter virusu yayılmağa başlayıb. Bu virus Windows vasitəsilə çalışan kompüterlərə yoluxur. Məlumata əsasən sözügedən virus məşhur tətbiqlərin MSIX quraşdırma faylları şəklində maskalanır. “MSIX Windows üçün nəzərdə tutulmuş tətbiqlərin paketlərinin formatıdır. Tərtibatçılar onu Windows istifadəçiləri üçün tətbiqlərin yayılmasında və quraşdırılmasında istifadə edirlər” - deyə məlumatda qeyd edilib.
Bu cür formatda olan proqram təminatı çox sadə şəkildə quraşdırılır. Bunun üçün istifadəçinin sadəcə olaraq iki dəfə mouse düyməsinə klikləməsi lazımdır. Məhz buna görə MSIX kibercinayətkarlar üçün ideal alətdir. Lakin öz planlarını yerinə yetirmək üçün kibercinayətkarlar sözügedən formatın kod sertifikatını almalı və ya oğurlamalı olurlar. Sındırılmış saytlar, axtarış optimizasiyası üsulları (SEO) və online reklamlar vasitəsilə kibercinayətkarlar insanları zərərli MSIX paketləri yükləməyə və onları işə salmağa məcbur etməyə çalışırlar.
Bu cür zərərli MSIX paketlər Chrome, Edge və Brave brauzerlərinin, Grammarly platformasının və digər məşhur tətbiqlərin yükləmə faylları kimi maskalanırlar. Paketin quraşdırılması prosesi isə ştat rejimində reallaşır. Yəni quraşdırılma prosesi çərçivəsində kompüter ekranında heç bir pəncərə əks olunmur. Halbu ki, fonda Powershell skripti işə düşür və bunun sayəsində kompüterə Ghostpulse virusu yüklənir.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
6 yaşlı uşağın 17 həkim tərəfindən çarə tapıla bilməyən xəstəliyini süni intellekt həll edib!
Kvant fizikasında inqilab: maddənin yeni aqreqat halı kəşf edilib!