Logo
    2020-nin 1.rübündə ən çox satılan smartfon hansı oldu?

    2020-nin 1.rübündə ən çox satılan smartfon hansı oldu?

    Cihazlar+
    31.05.2020
            Birləşmiş Krallıq mərkəzli bir analitik şirkət olan Omdia tərəfindən verilən məlumata görə 2020-nin 1.rübündə ən çox satılan smartfon modeli məlum olub. Pandemiya dövründə smartfon satışlarının zəiflədiyini nəzərə alsaq ilk sırada yerləşəm model əslində biraz təccüb yaradır. Verilən məlumata əsasən bu ilin 1.rübündə ən çox satılan smartfon iPhone 11 oldu.

    Omdia tərəfindən verilən məlumata görə Apple bu ilin 1.rübündə 19.5 milyon ədəd iPhone 11 satıb.

            Omdia şirkətinə görə Mart-Aprel aylarında satılan iPhone 11 smartfonunun miqdarı keçən il bu aylarda satılan iPhone XR-dan 6 milyon ədəd daha çoxdur. Pandemiyanı nəzərə aldığımız zaman bu rəqəmlərin artması təəccüb yaradır. 2-ci sırada isə 6.8 milyon ədəd satılan Galaxy A51, 3-cü sırada 6.6 milyon ədəd satılan Redmi Note 8 smartfonu yerləşir.
            Həmçinin siyahıya baxdığımızda iPhone 11-dən başqa 3 iPhone modelinin də olduğunu görürük. Omdia rəsmilərinə görə bu uğurun altında Apple şirkətinin iPhone 11 smartfon seriyasına tətbiq etdiyi yeni qiymətləndirmə siyasəti durur. Samsung markasına baxdığımız zaman isə Galaxy A51 ilə 2-ci sıraya yerləşsə də Galaxy S20+ smartfonu sadəcə 3.5 milyon ədəd satılıb. Bu o deməkdir ki, Galaxy S20 smartfon seriyası həqiqətən də satışlarda Galaxy S10-dan geri qalacaq.
    Bənzər xəbərlər

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...