Logo
    main-post-cover

    7000 mAh-lıq batareyaya sahib büdcəli OPPO K12s smartfonu təqdim olunub - QİYMƏTİ

    Cihazlar+
    22.04.2025
    Emil
         OPPO şirkəti OPPO K13 5G ilə kifayətlənməyərək OPPO K12s adlı yeni büdcəli smartfonunu da təqdim edib. Bu smartfon böyük ölçülü ekranı, Snapdragon prosessorunu və böyük həcmli batareyanı əldə edib. Beləliklə OPPO K12s smartfonu 120 Hz-lik təsvir yenilənməsinə sahib 2400x1080 piksel keyfiyyətli 6.67 düym ölçülü AMOLED ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 1200 nit təşkil edir. OPPO K12s-in gövdəsi IP65 standartı üzrə tozdan və su damcılarından qorunma özəlliyinə sahibdir.
         Smartfon Snapdragon 6 Gen 4 prosessoru vasitəsilə çalışır və 8/12 GB RAM ilə 256/512 GB daxili yaddaş həcmini əldə edib. Kameralar mövzusunda smartfon özündə 50 MP + 2 MP ikili arxa kameranı və 16 MP-lik ön kameranı birləşdirir. Batareyaya gəldikdə isə smartfon 80 vatt gücündə sürətli şarj texnologiyalı 7000 mAh enerji tutumlu batareya ilə təchiz olunub. OPPO K12s artıq Çində satışa çıxıb və onun qiyməti 167$-dan start götürür. Smartfonun digər regionlarda satışa çıxıb-çıxmayacağı bilinmir.
    Mənbə: GSMarena
    Paylaş