main-post-cover

    Acer Nitro XV240 F6 gaming monitoru təqdim edilib - QİYMƏTİ

    Cihazlar+
    05.09.2024
    Emil Nəcəfov
         Acer şirkəti IFA 2024 texnologiya sərgisində yeni gaming monitorunu təqdim edib. Şirkətin yeni gaming monitoru Acer Nitro XV240 F6 adlanır və o, təsvir yenilənməsi mövzusunda yeni rekorda imza atıb. Beləliklə Acer Nitro XV240 F6 monitoru 600 Hz-lik təsvir yenilənməsinə sahib 1920x1080 piksel keyfiyyətli 24.1 düym ölçülü TN+film ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 400 nit, istifadəçi əməliyyatlarına reaksiya müddəti isə 0.1 millisaniyə təşkil edir. Ekran 8 bit-lik rəngləri, AMD FreeSync Premium texnologiyasını dəstəkləyir və DCI-P3 rəng diapazonunun 95%-ni əhatə edir. Monitor özündə 2 vatt gücündə iki ədəd səsgücləndiricini və DisplayPort 1.4 ilə HDMI 2.0 girişlərini birləşdirir. Acer Nitro XV240 F6 2025-ci ilin birinci rübündə satışa çıxacaq və onun qiyməti 600$ təşkil edəcək.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Acer Nitro Blaze 7 adlı yeni portativ oyun konsolu təqdim edilib
    acer-nitro-blaze-7-adli-yeni-portativ-oyun-konsolu-teqdim-edilib
    Acer gövdəsində gamepad-ı birləşdirən yeni konseptual noutbukunu sərgiləyib
    acer-govdesinde-gamepad-i-birlesdiren-yeni-konseptual-noutbukunu-sergileyib
    Acer Predator X39 gaming monitoru təqdim edilib - QİYMƏTİ
    acer-predator-x39-gaming-monitoru-teqdim-edilib-qiymeti
    Acer Predator X32 X3 QD-OLED gaming monitoru təqdim edilib - QİYMƏTİ
    acer-predator-x32-x3-qd-oled-gaming-monitoru-teqdim-edilib-qiymeti
    Acer Shadow Knight VG240YU gaming monitoru təqdim edilib - QİYMƏTİ
    acer-shadow-knight-vg240yu-gaming-monitoru-teqdim-edilib-qiymeti