
Acer Nitro XV240 F6 gaming monitoru təqdim olunub - QİYMƏTİ
Cihazlar+
30.04.2025
Emil
Acer şirkəti Acer Predator XB323QK V4 ilə kifayətlənməyərək daha bir gaming monitorunu təqdim edib. Şirkətin ikinci yeni gaming monitoru Acer Nitro XV240 F6 adlanır. Bu monitor əsasən kiberidmançılar üçün nəzərdə tutulub. Beləliklə Acer Nitro XV240 F6 monitoru 240 Hz-lik təsvir yenilənməsinə sahib 1920x1080 piksel keyfiyyətli 24.1 düym ölçülü TN ekranla təchiz olunub. DisplayPort girişi vasitəsilə təsvir yenilənməsini 600 Hz-ə yüksəltmək mümkündür. Ekranın maksimal parlaqlıq səviyyəsi 400 nit, istifadəçi əməliyyatlarına reaksiya müddəti isə 1 millisaniyə təşkil edir. Ekran 8 bit-lik rəngləri dəstəkləyir və DCI-P3 rəng diapazonunun 90%-ni əhatə edir. Monitor HDMI 2.0 və DisplayPort 1.4 girişlərini əldə edib. Acer Nitro XV240 F6 bu ilin üçüncü rübündə Avropada satışa çıxacaq və onun qiyməti 800 avro təşkil edəcək.

Mənbə: Acer
Paylaş
Ən çox oxunanlar

ABŞ ordusu zirehli texnika əvəzinə dronlara üstünlük verəcək
