main-post-cover

    Alıcılardan biri iPhone 15 Pro-da artıq batareya şişməsi problemi ilə qarşılaşıb

    Cihazlar+
    02.10.2023
    Emil Nəcəfov
        iPhone 15 smartfon seriyasının rəsmi satışlarına keçən həftənin sonunda start verildi. İstifadəçilər isə artıq bu yeni smartfonlarla bağlı problemlər yaşamağa başlayıblar. Belə ki, Reddit istifadəçilərindən biri iPhone 15 Pro modelinin batareyasının şişməsi problemindən xəbər verib. İstifadəçinin sözlərinə əsasən onun heç gözləmədiyi halda smartfon öz keysinə yerləşməyib. İstifadəçi ilk növbədə düşünüb ki, problem məhz keysdədir.
        Lakin cihazın yaxından baxışı zamanı məlum olub ki, onun gövdə ölçüsü böyüyüb. Təqdim olunmuş fotodan da görmək olar ki, ekran bir qədər gövdədən aralanıb. Bununla belə smartfon çalışmağa davam edib. İstifadəçinin sözlərinə əsasən smartfon yerə düşməyib və heç bir fiziki zədəyə məruz qalmayıb. Smartfon öz növbəsində Verizon-dan alınıb və mobil operator istifadəçiyə artıq yeni iPhone 15 Pro-nu təqdim edib. Smartfonda yaranmış bu problemin səbəbinə gəldikdə isə çox güman ki, o, son günlərdə iPhone 15 Pro modellərində yaşanan qızma problemi ilə əlaqəlidir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər