main-post-cover

    Analitiklər iPhone tarixinin ən məşhur modelini təyin ediblər

    Cihazlar+
    04.08.2020
    Emil Nəcəfov
        iPhone-nun tarixi 2007-ci ildə start götürüb. Həmin ildə Steve Jobs birinci iPhone modelini təqdim edərək smartfon bazarının qarşıda olmuş illərinin trendini təyin etmişdi. Bu illər ərzində iPhone modelləri müxtəlif uğur səviyyəsi üzrə satılıblar. Bu il Apple şirkətinin yeni iPhone modellərinin təqdim olunmasından öncə isə analitiklər indiyənə kimi satışa çıxmış iPhone-lar arasında hansı modelin ən məşhur olduğunu öyrəniblər. Bu barədə Mydrivers saytı xəbər verib. Beləliklə verilmiş məlumata əsasən indiyənə kimi satışa çıxmış bütün iPhone modelləri arasında satış göstəricilərinə görə liderliyi iPhone 6iPhone 6 Plus modelləri qoruyurlar.
        Onların ümumi satış göstəricisi isə 222.4 milyon ədəd satılmış smartfondur. Mütəxəssislərin sözlərinə əsasən bu cür yüksək satış göstəricisi iPhone 6 seriyasının diqqət çəkən ekran ölçüləri olub. Belə ki, adi iPhone 6 modeli 4.7 düym, iPhone 6 Plus modeli isə 5.5 düym ekrana sahib olub. 1 il sonra təqdim olunmuş iPhone 6s modeli 125 milyon ədəd satılmış smartfon göstəricisinə sahib olub. Beləliklə ümumilikdə iPhone 6 seriyasının satış göstəricisi 350 milyondan çox satılmış smartfon təşkil edib. Sonrakı vaxtlarda iPhone-ların ekran ölçülərinin böyüdülməsi trendi davam etdi, lakin satış göstəriciləri aşağı düşməyə başladı.
        Məsələn iPhone 7iPhone 7 Plus modellərinin ümumi satış göstəriciləri 83.056.000 ədəd satılmış smrtfondur. iPhone 8iPhone 8 Plus modellərinə gəldikdə isə onların ümumi satış göstəriciləri 95.165.000 ədəd satılmış smartfon göstəricisidir. 2019-cu ildə alıcılar arasında məşhurlaşmış iPhone XR modeli bugünki statistikaya əsasən 72.1 milyon ədəd satılmış smartfon göstəricisini özündə birləşdirir. iPhone 11 modelinin satış göstəriciləri artıq yavaş-yavaş iPhone XR-in satışlarına yaxınlaşır. Belə ki, iPhone 11 modeli 40 milyon ədəd satılmış smartfon göstəricisinə nail olub. Sözügedən reytinqin kənarında qalmış model kimi analitiklər iPhone SE modelini qeyd ediblər. Belə ki, onun ümumi satış göstəricisi 30.16 milyon ədəd satılmış smartfondur.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər