
AOC AGON Pro AG276UX gaming monitoru təqdim edilib
Cihazlar+
01.05.2024
Farid
AOC şirkəti AOC AG256FS ilə yanaşı daha bir gaming monitorunu təqdim edib. Şirkətin təqdim etmiş olduğu ikinci gaming monitor AGON seriyasına daxildir. O, AOC AGON Pro AG276UX adlanır. Beləliklə AOC-un sözügedən yeni gaming monitoru 160 Hz-lik təsvir yenilənməsinə sahib 3840x2160 piksel keyfiyyətli 27 düym Fast IPS ekranla təchiz olunub. Ekranın SDR kontentlər üçün maksimal parlaqlıq səviyyəsi 400 nit, HDR kontentlər üçün maksimal parlaqlıq səviyyəsi isə 600 nit təşkil edir. Ekran sRGB rəng diapazonunun 99%-ni, DCI-P3 rəng diapazonunun isə 95%-ni əhatə edir. Monitor özündə HDMI 2.1, USB 3.2 Gen 2 Type-A, DisplayPort 1.4 girişlərini və naqilli qulaqlıqlar üçün nəzərdə tutulmuş 3.5 mm-lik audiogirişi birləşdirir. AOC AGON Pro AG276UX-un nə zaman və hansı qiymətə satışa çıxacağı barəsində məlumatlar daha sonra veriləcək.

Paylaş
Ən çox oxunanlar

ABŞ ordusu zirehli texnika əvəzinə dronlara üstünlük verəcək
